Cəmiyyət

Lerikdən Bakıya külli miqdarda narkotik vasitə gətirmək istəyənlər saxlanılıblar – FOTO/VİDEO

Lerikdən paytaxt ərazisinə külli miqdarda narkotik vasitə və psixotrop maddə gətirmək istəyən həmkəndlilər saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin əldə olunması və daşınmasında şübhəli bilinən Cəlilabad rayon Çünzəli kənd sakinləri Nurlan Mustafalı və həmkəndlisi, əvvəllər məhkum olunmuş Niyaməddin […]

Dünya

Sloveniyanın ədliyyə naziri istefa verib

Sloveniyanın ədliyyə naziri Dominika Şvarts istefa verib. Bu barədə Sloveniya Mətbuat Agentliyi məlumat yayıb. Qeyd edək ki, Dominika Şvarts bu yaxınlarda Lyublyananın şərqində məhkəmə binalarının satın alınması ilə bağlı iddiaların mərkəzində olub. O, sonuncu görüşü zamanı Baş nazir Robert Qoloba istefası barədə ərizəni təqdim edib. Mənbə: TASS Xeberal.az

Dünya

Bayden Ukraynaya görə İsrailə yardım ayırmaqdan imtina edib

ABŞ Prezidenti Co Bayden İsrailə yardım göstərilməsi ilə bağlı qanun layihəsinə Ukrayna üçün maliyyə vəsaiti nəzərdə tutulmayacağı təqdirdə veto qoyacaq. Bu barədə Ağ Evin İdarəetmə və Büdcə Ofisinin yaydığı yazılı bəyanatda deyilir. Sənəddə deyilir ki, ABŞ administrasiyası Nümayəndələr Palatasının yalnız İsrailə yardım göstərməsi təşəbbüsünə qəti şəkildə qarşı çıxır. Qeyd edək ki, bir qrup ABŞ konqresmeni […]

Cəmiyyət

İmişlidə klinikadan minlərlə manat oğurlayan şəxs TUTULDU – FOTO

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən klinikaların birindən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş Ceyhun Salahov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ilkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib. Araşdırmalar […]

Cəmiyyət

Bakıda güclü partlayış: Yaralı var, 10-dan çox avtomobilə ziyan dəyib

Bakının Yasamal rayonunda partlayış baş verib. “Report” xəbər verir ki, hadisə rayonun İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada qeydə alınıb. Partlayış nəticəsində qazanxananın divarları uçub, ətrafdakı binaların pəncərə şüşələri qırılıb, 10-dan çox minik avtomobilinə ziyan dəyib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib. Partlayışda xəsarət alan […]

Dünya

Türkiyədə polisləri daşıyan avtobus qəzaya düşdü, xeyli yaralı var

Türkiyənin Hatay vilayətində, Dörtyol-İskenderun istiqamətində hərəkət edən avtobus qəzaya uğrayıb. Çevik polis qüvvələrinin üzvlərini daşıyan avtobus idarəetmədən çıxaraq aşıb. Sürücü də daxil olmaqla 11 polis yaralanıb. Xəstəxanalara aparılan polislərin həyatı üçün təhlükə olmadığı bildirilir. Mənbə: TRT Haber Xeberal.az

Dünya

Fodenin het-triki “Mançester Siti”yə qələbə qazandırdı – VİDEO

İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilir.  Son çempion “Mançester Siti” “Brentford”un qonağı olub. Qvardiolanın yetirmələri ilk topu buraxan tərəf olsalar da, matç ərzində rəqibi qol vurmağa peşman ediblər. Fodenin het-triki “şəhərlilər”ə qələbə qazandırıb – 1:3.  Bu nəticədən sonra “Mançester Siti” 49 xalla turnir cədvəlində ikincidir. Lakin klubun ehtiyatda bir oyunu var. “Brentford” isə 22 […]

Cəmiyyət

Paytaxtda zəncirvari qəza olub – FOTO

Bakının Səbail rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, qəza Badamdar şosesində qeydə alınıb. “Opel” markalı minik avtomobili hərəkətsiz vəziyyətdə yolun kənarında dayanmış “Mercedes-Benz”ə, sonuncu isə digər nəqliyyat vasitəsinə çırpılıb. Hadisədə avtomobillərə ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb ediliblər. Qəzanın başvermə səbəbləri araşdırılır. Xeberal.az

Dünya

Ceyms Kameron “Avatar 6” və “Avatar 7” barədə düşünür

“Avatar 2”nin premyerası bu yaxınlarda baş tutub, üçüncü, dördüncü və beşinci filmlərin premyerası isə hələ çox uzaqdadır. Lakin rejissor Ceyms Kemeron artıq filmin altıncı və yeddinci hissələri üçün ideyaları müzakirə edir.  O, bu barədə “People”a müsahibəsində danışaraq, beşinci hissənin ssenarisinin artıq yazıldığını təsdiqləyib. Görünür, yaxın illərdə Kemeron başqasının rejissorluğu ilə çəkiləcək filmlərin süjetini düşünməklə məşğul […]