Cəmiyyət

Lerikdən Bakıya külli miqdarda narkotik vasitə gətirmək istəyənlər saxlanılıblar – FOTO/VİDEO

Sharing is caring!


Lerikdən paytaxt ərazisinə külli miqdarda narkotik vasitə və psixotrop maddə gətirmək istəyən həmkəndlilər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin əldə olunması və daşınmasında şübhəli bilinən Cəlilabad rayon Çünzəli kənd sakinləri Nurlan Mustafalı və həmkəndlisi, əvvəllər məhkum olunmuş Niyaməddin Əmədullayev saxlanılıblar. N.Əmədullayevin əlindəki çantadan 3 kiloqram marixuana, 100 qram heroin və 100 qram metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla sözügedən narkotik vasitənin pul müqabilində Bakı şəhəri ərazisinə çatdırılması üçün şəxsiyyəti istintaqla araşdırılan və xaricdə yaşayan narkotacir vasitəsilə əldə olunduğu müəyyən edilib. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir