Mədəniyyət

Polad Bülbüloğlu beynəlxalq festivalın mükafatına layiq görülüb – FOTO

Sharing is caring!


Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxt Qəhrədə Zərb alətləri və ənənəvi incəsənət üzrə Beynəlxalq Festival keçirilib.

Tədbirin son günü Misirin mədəniyyət naziri N.Əl-Kilaninin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Azərbaycanın Xalq artisti, səfir Polad Bülbüloğlu haqqında məlumat verilib, onun ənənəvi incəsənətin inkişafındakı rolu, eləcə də diplomatik xidmətləri yüksək dəyərləndirilib.

Bu barədə Oxu.Az-a Misirdəki səfirliyimizdən məlumat verilib.

Bildirilib ki, festival təşkilatçıları tərəfindən Polad Bülbüloğluna ünvanlanmış mükafat və sertifikat Azərbaycanın Misirdəki səfir E.Poluxova təqdim olunub.

Eyni zamanda, festivalla əlaqədar dərc edilmiş kitabda P.Bülbüloğlunun həyat və yaradıcılığına həsr edilmiş məqalə də öz əksini tapıb.

Azərbaycanın incəsənət xadiminə verilən dəyərə və mükafata görə Misir tərəfinə təşəkkürünü bildirən səfir E.Poluxov Polad Bülbüloğlunun ölkəmizin milli musiqi tarixindəki mühüm rolundan və diplomatik xidmətlərindən söhbət açıb.

Qeyd etmək olar ki, ənənəvi olaraq hər il keçirilən festivala dünyanın müxtəlif ölkələrindən musiqi və rəqs qrupları qatılır. Bu il keçirilən tədbirdə də Afrika, Avropa, Asiya və Latın Amerikasından gələn qruplar maraqlı proqramla çıxış ediblər. Tədbir böyük sayda yerli və xarici qonaqlar tərəfindən ziyarət edilib və kütləri informasiya vasitələrində geniş işıqlandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir