Dünya

Ceyms Kameron “Avatar 6” və “Avatar 7” barədə düşünür

Sharing is caring!


“Avatar 2”nin premyerası bu yaxınlarda baş tutub, üçüncü, dördüncü və beşinci filmlərin premyerası isə hələ çox uzaqdadır. Lakin rejissor Ceyms Kemeron artıq filmin altıncı və yeddinci hissələri üçün ideyaları müzakirə edir. 

O, bu barədə “People”a müsahibəsində danışaraq, beşinci hissənin ssenarisinin artıq yazıldığını təsdiqləyib. Görünür, yaxın illərdə Kemeron başqasının rejissorluğu ilə çəkiləcək filmlərin süjetini düşünməklə məşğul olacaq. 

“Beşinci filmin ssenarisini tamamilə yazmışıq, altıncı və yeddinci filmlər üçün də ideyalarım var. Baxmayaraq ki, bu məqamda çox güman ki, estafeti başqasına ötürəcəm. Ölüm artıq məni haqlayır”, – deyə o bildirib. 

Beləliklə, “Avatar 6” və “Avatar 7” 2030-cu illərdə işıq üzü görəcək.  

Xatırladaq ki, üçüncü hissənin premyerası 2025-ci il dekabrın 19-da baş tutacaq. “Avatar 4”ün 21 dekabr 2029-cu ildə, “Avatar 5”in isə 19 dekabr 2031-ci ildə nümayişi planlaşdırılır. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir