Dünya

Rusiyalı yazıçı Boris Akuninə hökm oxunub

Moskvanın Basmannı məhkəməsi tanınmış rusiyalı yazıçı Boris Akunini (Qriqori Çxartaşvili) qiyabi həbsə məhkum edib. Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. “Moskvanın Basmannı rayon məhkəməsinin qərarı ilə Qriqori Çxartaşvili qiyabi olaraq iki ay müddətinə həbs edilib”, – deyə məlumatda qeyd olunub. Qeyd edək ki, Boris Akunin Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda ittiham olunub. 67 yaşlı tanınmış […]

Siyasət

NATO-ya üzv olduqdan sonra İsveç nə qazanacaq? – Oxu.Az-ın isveçli analitiklə MÜSAHİBƏSİ

Dünən, fevralın 5-də İsveçin NATO-ya daxil olması məsələsi nəhayət ki, həll oluna bilərdi. Macarıstanda – parlamenti hələ də “İsveç protokolu”nu təsdiqləməmiş yeganə ölkədə – tətildə olan deputatlar fevralın 5-də növbədənkənar iclasa toplaşmalı idilər. Lakin hakim “Fides” Partiyasından olan deputatlar ona məhəl qoymayıblar. Mətbuatın yazdığına görə, “Fides” səsvermənin tətil bitdikdən sonra, fevralın 26-da keçirilməsinin tərəfdarıdır. Eyni […]

Cəmiyyət

Qəbələdə qanunsuz tikili söküldü – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, bu çərçivədə Qəbələ rayonunun Həmzəli kəndi ərazisində fiziki şəxs tərəfindən qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə […]

Dünya

Türkiyənin ilk astronavtının Yerə enişi üçüncü dəfə təxirə salınıb

Türkiyənin ilk astronavtı Alper Gezeravcının Yerə enişi üçüncü dəfə təxirə salınıb. Məlumata görə, ABŞ-nin Florida ştatı sahillərində davam edən əlverişsiz hava şəraiti səbəbindən “Dragon”un fevralın 6-da Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılması prosesi dayandırılıb. Kosmik gəmi sazdır, “Ax-3” heyəti sağlamdır. Komandalar hava şəraitini izləməyə davam edəcəklər. Xatırladaq ki, fevralın 3-də “SpaceX” qayıdışın fevralın 5-dək təxirə salındığını […]

Siyasət

Məzahir Pənahov TÜRKPA-nın nümayəndə heyəti ilə görüşüb

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 6-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə MSK sədri ilk dəfə olaraq seçkinin azad edilmiş ərazilərimizdə də keçiriləcəyini diqqətə çatdırıb. O qeyd edib ki, seçicilər həmin ərazilərdə yaradılmış 26 məntəqədə səs verəcəklər. “Biz bu seçkini Zəfər seçkisi adlandırırıq”, – deyən […]

Cəmiyyət

TDT-nin müşahidəçiləri işğaldan azad edilmiş ərazilərdə seçkini izləyəcəklər

Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) fevralın 7-nə təyin edilmiş prezident seçkisini izləmək üçün Azərbaycanda fəaliyyətə başlayıb. Secki-2024.az xəbər verir ki, TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömuralıyevin rəhbərlik etdiyi missiyaya qurumun katibliyinin rəsmiləri, üzv dövlətlərin Mərkəzi Seçki komissiyalarının (MSK) nümayəndələri və TDT ölkələrinin mütəxəssisləri daxildir. Nümayəndə heyətinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində […]

Dünya

“Beşiktaş”ın transfer etmək istədiyi futbolçu qadın zorlamaqda ittiham olunur

“Real Betis”in portuqaliyalı yarımmüdafiəçisi Karvalyu Uilyama qarşı zorlama ittihamı ilə istintaq işi başlayıb. Artıq 31 yaşlı futbolçu ilkin dindirmə üçün istintaq orqanlarına dəvət olunub. Hələlik hadisənin digər təfərrüatı açıqlanmır. Qeyd edək ki, Türkiyənin “Beşiktaş” klubu artıq bir müddətdir ki, Karvalyu Uilyamı sıralarına qatmağa çalışır. İstanbul klubu futbolçunun agenti ilə görüşüb, tərəflər, hətta müqavilənin detallarını müzakirə ediblər. […]

Cəmiyyət

Qarabağda icra edilən yol layihələri ilə bağlı son vəziyyət açıqlanıb – FOTO/VİDEO

Prezident İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədilə Şuşa, Xocalı, Ağdərə və Ağdam rayonlarında olub. Bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, qış fəsli və çətin relyefli ərazilər olmasına […]