İdman

Azərbaycan Premyer Liqasında altı futbolçu cəzalı duruma düşüb

Azərbaycan Premyer Liqasının başa çatan XXI turu altı futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. İdman.biz xəbər verir ki, bir oyunçu qırmızı vərəqə, beşi isə mövsümdə 4-cü “sarı”nı aldığı üçün qarşıdakı turu buraxacaq. “Səbail” – “Qarabağ” görüşü (1:2) üç futbolçuya “qırmızı işıq” yandırıb. Qonaqların kapitanı Maksim Medvedev qırmızı vərəqə ilə cəzalandığı üçün “Sabah”la ev oyununu buraxacaq. […]

Siyasət

Ceyhun Bayramov TDT-nin baş katibi ilə görüşüb – FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov TDT-nin baş katibi Kubaniçbek Ömüraliyevlə görüşüb. Oxu.Az xəbər verir ki, bunu baş katib özünün “X” hesabında yazıb. “Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə görüşməkdən şərəf duyuram. Biz TDT-nin fəaliyyətini və Azərbaycanda növbədənkənar prezident seçkilərini izləyən Beynəlxalq Müşahidəçilər Missiyasına aid məsələləri müzakirə etdik”, – deyə o […]

İqtisadiyyat

Sahibkarlığın İnkişafı Fondunun rəhbərliyinə yeni TƏYİNAT

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna sədr müavini təyin olunub. Oxu.Az xəbər verir ki, bu vəzifə Emin Şirinova həvalə edilib. Qeyd edək ki, E.Şirinov bundan öncə Fondda Layihələrin təhlili şöbəsinin müdiri vəzifəsində çalışıb. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs Azərbaycan Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə 1992-ci ildə təsis edilmiş […]

Cəmiyyət

“Hökumət evi”ndə təmir-bərpa işləri aparılacaq

“Hökumət evi”ndə təmir-bərpa işlərinin aparılması planlaşdırılır. “Report” xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi hazırlıqlara başlayıb. Təmir-bərpa işləri çərçivəsində 575 kvadratmetr ərazidə daş və beton səthlərdən suvaq çıxarılacaq, 109 kvadratmetr ərazidə taxta arakəsmələr, dam örtüyü söküləcək. Bundan başqa, 69,3 kvadratmetrlik, eləcə də 2,7 […]

Dünya

Yaponiyada zəlzələ 50 min evi dağıdıb

Yaponiyanın Noto yarımadası regionunda yanvarın 1-də baş vermiş zəlzələ 50 min evi dağıdıb. Dağıntılar nəticəsində yaranan tullantıların həcmi 2,4 milyon tonu ötüb. İsikava prefekturasının qubernatoru Hirosi Hase mətbuat konfransı zamanı zəlzələdən sonra yaranan zibillərin utilizasiyasını çox ciddi problem adlandırıb. O bu məsələdə dəqiq planın olmasının vacibliyini də qeyd edib. “Zəlzələ nəticəsində prefekturada təqribən 2,4 milyon ton […]

Cəmiyyət

Seçki günü hava necə olacaq?

Ölkə ərazisində fevralın 7-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6 dərəcə isti, […]

Cəmiyyət

Tərtərdə minaya düşən şəxslərin son durumu açıqlanıb

Fevralın 4-5-də Tərtər rayonunda minaya düşən Həsənəli Əlizadə və Azər Məmmədovun son durumları açıqlanıb. “Report”un Qarabağ bürosu xəbər verir ki, hər iki yaralı hazırda Bərdə Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur. Həkimlər onların vəziyyətini orta ağır və stabil kimi dəyərləndirirlər. Qeyd edək ki, fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü […]

Cəmiyyət

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Eyni zamanda, bütün məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş olunur. Xeberal.az

Cəmiyyət

Səhnədə yıxılan Xalq artisti yeriyə bilmir

“Həkimlər hələ evdən çıxmağa icazə vermirlər”. Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Rafiq Əzimov səhhətindən danışarkən deyib. Aktyor ev şəraitində yavaş-yavaş gəzdiyini bildirib: “Əməliyyat olunandan xeyli vaxt keçir. Amma hələ də tam yeriyə bilmirəm. Həkimlər deyirlər ki, sinirlər tam qaydasına düşəndən sonra hara istəyirsən gedə bilərsən. Damarlarım hələ tam möhkəmlənməyib”. Rafiq Əzimov teatrda yeni aldığı rollarına […]

MARAQLI

Kabus dolu 65 saniyədə həyatları alt-üst olan türkiyəlilər zəlzələdən bir il sonra – FOTO

2023-cü il fevralın 6-da səhərə yaxın kabus dolu 65 saniyədə Türkiyənin cənub-şərqindəki şəhərlər yerlə bir olub, 50 mindən çox insan ölüb. “Əsrin fəlakəti” zamanı, binalar, körpülər uçub, yollar və hava limanının asfalt örtüyü çatlayıb və Türkiyənin 11 vilayətində milyonlarla insanın həyatı bir dəqiqə ərzində dəyişib. Artıq həmin faciəvi zəlzələdən bir il ötüb. 11 milyondan çox zərərçəkənin bugünkü […]