İdman

Azərbaycan Premyer Liqasında altı futbolçu cəzalı duruma düşüb

Sharing is caring!


Azərbaycan Premyer Liqasının başa çatan XXI turu altı futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

İdman.biz xəbər verir ki, bir oyunçu qırmızı vərəqə, beşi isə mövsümdə 4-cü “sarı”nı aldığı üçün qarşıdakı turu buraxacaq.

“Səbail” – “Qarabağ” görüşü (1:2) üç futbolçuya “qırmızı işıq” yandırıb. Qonaqların kapitanı Maksim Medvedev qırmızı vərəqə ilə cəzalandığı üçün “Sabah”la ev oyununu buraxacaq. Anas Najah və Yusif Nəbiyev isə “Kəpəz”lə səfər matçını sarı vərəqə limitinə görə buraxacaq.

“Sabah” – “Turan Tovuz” qarşılaşmasında (1:1) iki futbolçu cəzalı duruma düşüb. Kristian da Silva meydan sahiblərinin, Şəhriyar Əliyev qonaqların heyətində 4-cü xəbərdarlığı alıb. Kristian “Qarabağ”, Şəhriyar “Qəbələ” ilə sınağı buraxmalı olacaq.

“Sumqayıt” “Neftçi”yə qalib gəldiyi görüşdə (2:1) Oktavio Mantekanı itirib. Dörd “sarı”sı olan legioner “Zirə” ilə matçda “istirahət edəcək”.

Qeyd edək ki, XXII turun oyunları fevralın 11-13-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir