Cəmiyyət

Tovuzda azyaşlı xəstəxanada qızılcadan ölüb

Tovuzda azyaşlı xəstəxanada ölüb. APA-nın məlumatına görə, rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Y.İ. fevralın 4-də Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Azyaşlı bu gün 16:00 radələrində xəstəxanada dünyasını dəyişib. Onun qızılcadan öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Müxtəlif ölkələrdə fəaliyyət göstərən QHT-lər COP29-la bağlı Qlobal Məsləhətləşmə görüşü keçiriblər – FOTO

“Sağlamlığa Xidmət” İctimai Birliyi tərəfindən “Vətəndaş cəmiyyəti təşkilatları COP29-da necə iştirak edə bilər” adlı qlobal məsləhətləşmə görüşü təşkil olunub. Görüş onlayn formatda baş tutub. Görüşdə dünyanın müxtəlif ölkələrindən – ABŞ, Kanada, Böyük Britaniya, Moldova, Rusiya, Albaniya, Pakistan, Hindistan, Banqladeş, Nigeriya, Keniya, Zimbabve, Botsvana, İndoneziya, Çad və s. kimi ölkələrdən, o cümlədən, Azərbaycandan, ümumilikdə 80-ə yaxın […]

Dünya

Macarıstan parlamentində İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə baş tutmayıb

Macarıstan parlamentinin növbədənkənar iclasında İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin ratifikasiyası üzrə səsvermə baş tutmayıb. Parlamentin sədr müavini Şandor Lejakın verdiyi məlumata görə, iclasda yetərsay olmayıb.  Belə ki, parlament mandatlarının əksəriyyətinə malik olan hakim partiya FİDES – Macarıstan Vətəndaş Birliyinin fraksiyası yalnız müxalifət partiyalarının nümayəndələrinin iştirak etdiyi iclasa qatılmaqdan imtina edib. Parlamentin saytında yayımlanan […]

Cəmiyyət

Ötən həftə azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. Oxu.Az xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib. Qeyd edilib ki, azad olunan ərazilərdə 29 yanvar – 4 fevral tarixi ərzində 16 tank əleyhinə mina, 78 piyada əleyhinə mina, 150 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, […]

Cəmiyyət

Naxçıvanda iki avtomobil toqquşub: Xəsarət alanlar var – FOTO

Naxçıvan şəhərinin Azərbaycan küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, “Toyota” və “VAZ-2107” markalı avtomobilllərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Siyasət

Mina hadisələri: Ermənistanın ifşası, vasitəçilərin səssizliyi – ŞƏRH + FOTO

Artıq bir müddətdir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində müsbət tendensiya müşahidə olunur. Həm rəsmi Bakı, həm də İrəvan bunu müxtəlif səviyyələrdə elan edirlər. Amma sülh sazişinə doğru hələ ki konkret addımlar atılmır. Öncə onu deyək ki, münasibətlərin normallaşması istiqamətində bu günədək qeydə alınan irəliləyiş məhz Azərbaycanın səyləri nəticəsində mümkün olub. Belə ki, 2020-ci […]

Siyasət

Prezident seçkisi ilə əlaqədar təşviqat başa çatdı

Bu gündən növbədənkənar prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb. Oxu.Az-ın xəbərinə görə, fevralın 6-da saat 08:00-da təşviqatın aparılması dayandırılıb. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: 1. Hakim Yeni Azərbaycan […]

Mədəniyyət

Xankəndidən olan Xalq artisti gənclərə çağırış etdi – VİDEO

“Biz fiziki olaraq orada deyildik, amma ruhumuz, düşüncəmiz, fikrimiz hər zaman torpaqlarımızda, Vətənimizdə idi”. Bu fikirləri Xankəndi rayonunun Həsənabad kəndində dünyaya gəlmiş, Xalq artisti Fəxrəddin Manafov deyib. İşğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işlərinin getdiyini qeyd edən aktyor mədəniyyət sahəsində çalışan biri kimi gənclərə o yerlərə qayıtmaqla bağlı çağırış edib. Xalq artisti Fəxrəddin Manafovun iştirakı ilə […]

Müharibə

XİN: “Ermənistan günahsız mülki insanların həlak olmasına görə məsuliyyət daşıyır” – FOTO

“Ermənistan günahsız mülki insanların minaya düşərək həlak olmasına görə məsuliyyət daşıyır”. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında paylaşım edilib. Qeyd olunub ki, 2020-ci ilin sonundan bəri 344 nəfər Ermənistanın basdırdığı minalara düşüb. Onlardan 65 nəfər həlak olub. Xatırladaq ki, son 2 gündə Tərtərdə iki mülki şəxs minaya düşüb. […]

Cəmiyyət

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sözçüsü işdən çıxıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sabir Bilalov işdən çıxıb. Bu barədə o, özü məlumat verib. Qeyd edək ki, S.Bilalov bu vəzifəyə ötən ilin iyun ayında təyin edilmişdi. Xeberal.az