Dünya

Netanyahu: “İsrailin qələbəsi İrana ölümcül zərbə vuracaq”

İsrail Qəzza zolağında keçirdiyi əməliyyat zamanı Fələstinin radikal HƏMAS hərəkatının silahlı qüvvələrinin yarıdan çoxunu artıq zərərsizləşdirib və tam qələbə qazanana qədər fəaliyyətini dayandırmaq niyyətində deyil.   Bu barədə yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu ordu bazalarından birinə səfəri zamanı bildirib.  Hərbçilərlə ünsiyyətdə olan Netanyahu onların yüksək döyüş ruhunu qeyd edib və Qəzza zolağında qələbənin artıq “yolda” […]

Cəmiyyət

Əmək pensiyalarındakı artım nə qədər vətəndaşı əhatə edəcək? – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Əmək pensiyalarındakı artım nə qədər vətəndaşı əhatə edəcək? Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində qərar verildi. Yasin Hüseynzadə edam olunacaq. Rusiya sülhməramlılarından nə xəbər? Onlar barədə niyə heç kim danışmır? Əsrlikdə olan ukraynalı həbçilərin ailə üzvləri kütləvi aksiyalara başladılar. Onlar nə tələb edirlər? Utilizasiya haqqı istehsal ilinə görə […]

İqtisadiyyat

Əmək pensiyalarındakı artım nə qədər vətəndaşı əhatə edəcək? – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Əmək pensiyalarındakı artım nə qədər vətəndaşı əhatə edəcək? Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində qərar verildi. Yasin Hüseynzadə edam olunacaq. Rusiya sülhməramlılarından nə xəbər? Onlar barədə niyə heç kim danışmır? Əsrlikdə olan ukraynalı həbçilərin ailə üzvləri kütləvi aksiyalara başladılar. Onlar nə tələb edirlər? Utilizasiya haqqı istehsal ilinə görə […]

Siyasət

Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb

Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb. Bu barədə İran Ədliyyə Nazirliyinin saytında məlumat verilib. Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məhkəmə iclası təqsirləndirilən şəxs və onun vəkillərinin iştirakı ilə keçirilib. Məhkəmə iclasında Azərbaycan Respublikası səfirliyinin bir sıra məsul şəxsləri […]

Cəmiyyət

Füzulidə Mədəniyyət Evi yanır

Füzulidə Mədəniyyət Evi yanır. “Report” xəbər verir ki, yanğın axşam saatlarında rayonun Zobcuq qəsəbəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsinə çalışılır. Qeyd edək ki, ümumi sahəsi 500 kvadratmetr olan Mədəniyyət Evində klub icma mərkəzi və Füzuli Mərkəzləşmiş Kitabxana Sisteminin filialında fəaliyyət göstərir. […]

Dünya

Braziliyada futbol klublarının azarkeşləri arasında kütləvi dava olub

Braziliyanın Rio-de-Janeyro şəhərində “Vasko da Qama” və “Flamenqo” klublarının azarkeşləri arasında kütləvi dava olub. Münaqişə ilə bağlı 30-dan çox adam saxlanıb. Qarşıdurma torsidalar kimi tanınan mütəşəkkil azarkeş qrupları tərəfindən təşkil olunub. Saxlanılan fanatlar həbsə müqavimət göstəriblər, hətta əldəqayırma partlayıcı qurğulardan istifadə edərək polis maşınlarına hücuma cəhd ediblər. Qeyd edək ki, Braziliya futbol klubları tez-tez əsas matç […]

İdman

Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final oyunlarına təyinatlar açıqlanıb

Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunlarına təyinatlar açıqlanıb. Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, iki günü əhatə edəcək qarşılaşmalar “Olimpik Star”da keçiriləcək. Azərbaycan Kuboku 1/8 final 10 fevral 15:00. PFL – Metropoliten Hakimlər: Ziya Nəsirov, Nahid Xasıyev, Ramil Namazov. Hakim-inspektor: Murad Məmmədov. 17:00. STAR kargo – Yasamal Bakı Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Kənan […]

Siyasət

Gürcüstan nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında olub

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 5-də Mərkəzi Seçki Komissiyasında olub.  AZƏRTAC-ın məlumatına görə, Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Vurğulanıb ki, iki ölkə arasındakı münasibətlər həm […]

Cəmiyyət

Cəlilabadda 22 yaşlı gənc intihar edib

Cəlilabad rayonunda intihar hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə rayonun “Səttarxan” adlı yaşayış massivində qeydə alınıb. Belə ki, rayon sakini, 2002-ci il təvəllüdlü Ə.Məmmədov özünü asaraq, həyatına son qoyub. Onun intihar etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Abşeronda yaşayış binasında yanğın olub: Ölən var

Abşeronda yaşayış binasında yanğın olub, ölən var. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, hadisə “Yeni Bakı” yaşayış massivində qeydə alınıb. Yanğın nəticəsində bir nəfər ölüb. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Xeberal.az