Dünya

Mərakeşdə qədim insanların 90 min il yaşı olan izləri aşkar edilib – FOTO/VİDEO

Fransanın Cənubi Brittani Universitetinin antropoloqları Mərakeşdə insanların qədim izlərini qeydə alıblar. Tədqiqat işi “Scientific Reports” jurnalında dərc olunub. Tədqiqat sahəsi mükəmməl qorunan 85 insan ayaq izinin qorunub saxlandığı iki cığırdan ibarətdir. Tədqiqatçılar onların təxminən 90 min il əvvəl tapdalandığını düşünürlər. Hazırda ən qədim izlər Cənubi Afrikada – 153 min il əvvəl yaşamış insanlara aid olan […]

Dünya

Ağ Ev: “ABŞ Yaxın Şərqdə yeni zərbələr endirməyi planlaşdırır”

Vaşinqton ölkənin İordaniyada yerləşən silahlı qüvvələrinə hücumlara cavab olaraq yeni zərbələr endirmək niyyətindədir. Bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat verib. “Üç amerikalı faciəvi şəkildə öldükdən sonra prezident (Co Bayden) sərt və ciddi cavab əmri verib… Biz əlavə zərbələr endirmək niyyətindəyik ki, Birləşmiş Ştatlar öz qüvvələrinə qarşı hücumlara və öz insanlarının öldürülməsinə cavab […]

İdman

2026-cı ildə futbol üzrə dünya çempionatının keçiriləcəyi yer AÇIQLANDI

2026-cı il futbol üzrə dünya çempionatının ilk oyunu və açılış mərasimi iyunun 11-də Mexikodakı “Azteca” stadionunda keçiriləcək. Bu barədə FIFA-nın Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Meksika yığmasının ilk oyundakı rəqibi daha sonra müəyyənləşəcək. Kanada komandası turnirə iyunun 12-də Torontoda keçiriləcək oyunla başlayacaq. “Azteca” Stadionu 87 min 523 […]

Cəmiyyət

Şadlıq evlərində alovla şou göstərilməsi ləğv edilib? – İDDİA + VİDEO

Bakıda toyda gözlənilməz hadisə baş verib. Xezerxeber.az-ın məlumatına görə, görüntülər sosial şəbəkələrdə yayılıb. İddialara görə, toyda rəqs qrupunun alovlu şousu zamanı rəqqasların birinin geyimi yanıb. Görüntülərdən aydın olur ki, rəqqas oğlan son anda üzünün və əlinin yanmasının qarşısını ala bilir. Əks təqdirdə o, daha ciddi yanıq xəsarətləri ala bilərdi. Hadisənin hansı restoranda baş verdiyi bəlli […]

Dünya

La Liqa: Madrid derbisində qalib müəyyənləşmədi – VİDEO

İspaniya La Liqasının 23-cü turunun “Real Madrid” və “Atletiko” komandalarının qarşılaşması başa çatıb. Oxu.az xəbər verir ki, komandalar Madriddəki “Santyaqo Bernabeu” stadionunda qarşılaşıblar.  İlk hissənin 20-ci dəqiqəsində Brahim Dias qarşılaşmada hesabı açaraq “Real Madrid”i önə çıxarıb. Görüşün sonlarında, 90+3-cü dəqiqədə Markos Llorente hesaba tarazlıq gətirib. Bu matçın nəticəsindən sonra “Real” 58 xal toplayıb və turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. […]

Dünya

A Seriyası: “İnter” “Yuventus”u məğlub etdi – VİDEO

İtaliya A Seriyasının 23-cü turu çərçivəsində “İnter” və “Yuventus” komandaları üz-üzə gəliblər. Oxu.az xəbər verir ki, matçı Fabio Mareskanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. “İnter” minimal hesablı qələbəyə imza atıb – 1:0. 37-ci dəqiqədə “İnter” yeganə qolu vurub. “Yuventus”un müdafiəçisi Federiko Qatti topu öz qapısına göndərib. Hazırda “İnter” turnir cədvəlində birinci yeri tutur. Komanda […]

Cəmiyyət

Oder çayında meyiti tapılan azərbaycanlının son GÖRÜNTÜLƏRİ – VİDEO

Polşada ötən ilin 17 dekabr tarixində, axşam saatlarında, iki aylıq övladı ilə birgə itkin düşmüş, ötən gün isə meyiti Oder çayından tapılan azərbaycanlı Adilə Mehdiyevanın son görüntüləri yayımlanıb. Belə ki, A.Mehdiyeva qucağında iki aylıq körpəsi ilə yaşadığı binadan çıxarkən nəzarət kameraları vasitəsilə görüntülənib. Həmin görüntülər RTV-nin süjetində: Xeberal.az

Dünya

Rusiyada göyərtəsində üç ekipaj üzvü olan helikopteri yoxa çıxıb

Rusiyada Xilasedicilər Kareliya yaxınlığında əlaqə kəsilən Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə mərkəzinə məxsus Mi-8 helikopterini axtarırlar. Bu barədə Rusiya FHN öz “Telegram” kanalında məlumat yayıb. İdarənin məlumatına görə, Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinin helikopteri Oneqa gölü üzərində təlim uçuşu həyata keçirirmiş, daha sonra isə pilotlarla əlaqə kəsilib. Mi-8-in göyərtəsində üç ekipaj üzvü olub. Xilasedicilər Derevyannoye kəndi […]

Cəmiyyət

Ticarətçilər avtomobil kursunu ABŞ və Koreyadan Dubaya dəyişirlər? – VİDEO

Son vaxtlar Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən ölkəmizə gətirilən avtomobillərin sayı artmaqdadır. Nəqliyyat eksperti Aslan Əsədli bildirib ki, Qırmızı dənizdə baş verən hadisələr fonunda logistika şirkətləri yarana biləcək risklərdən yayınmaq üçün alternativ yollardan istifadə edirlər. Bu da ABŞ və Koreyadan gətirilən avtomobillərin ünvana daha gec çatmasına səbəb olur. Bu səbəbdən müəyyən alıcılar daha çox Dubay […]