Dünya

Mərakeşdə qədim insanların 90 min il yaşı olan izləri aşkar edilib – FOTO/VİDEO

Sharing is caring!


Fransanın Cənubi Brittani Universitetinin antropoloqları Mərakeşdə insanların qədim izlərini qeydə alıblar.

Tədqiqat işi “Scientific Reports” jurnalında dərc olunub.

Tədqiqat sahəsi mükəmməl qorunan 85 insan ayaq izinin qorunub saxlandığı iki cığırdan ibarətdir. Tədqiqatçılar onların təxminən 90 min il əvvəl tapdalandığını düşünürlər. Hazırda ən qədim izlər Cənubi Afrikada – 153 min il əvvəl yaşamış insanlara aid olan izlər hesab olunur.

Tədqiqatçıların fikrincə, Mərakeşdəki bu ayaq izləri təxminən 11,700 il əvvəl sona çatan son Pleystosen və ya sonuncu buz dövründə ən azı beş qədim insan tərəfindən qoyulub. İzlərin yaşını ən dəqiq hesab olunan metodlardan biri olan optik stimullaşdırılan lüminessensiya metodundan istifadə edərək təyin etmək mümkün olmuşdur.

Mənbə: osnmedia.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir