Dünya

A Seriyası: “İnter” “Yuventus”u məğlub etdi – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasının 23-cü turu çərçivəsində “İnter” və “Yuventus” komandaları üz-üzə gəliblər.

Oxu.az xəbər verir ki, matçı Fabio Mareskanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. “İnter” minimal hesablı qələbəyə imza atıb – 1:0.

37-ci dəqiqədə “İnter” yeganə qolu vurub. “Yuventus”un müdafiəçisi Federiko Qatti topu öz qapısına göndərib.

Hazırda “İnter” turnir cədvəlində birinci yeri tutur. Komanda 22 oyundan sonra 57 xal toplayıb. “Yuventus” 23 oyundan sonra 53 xalla ikinci pillədə qərarlaşıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir