Cəmiyyət

Yanvar ayında KTM-ə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub, yeddisi ölüb

Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub. Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb. Bildirilib ki, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib. Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə […]

İdman

Benzema Messini tənqid edənlərə sərt reaksiya verib

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema sosial şəbəkələrdə “İnter Mayami”nin futbolçusu Lionel Messini tənqid edənlərə sərt reaksiya verib. “Lionel Messini tənqid edənlər futbol haqqında heç nə bilmirlər”, – deyə Benzema yazıb. Fevralın 4-də Honkonqun ulduz komandası yoldaşlıq görüşündə Mayami “İnter”inə 1:4 hesabı ilə uduzub. Messi ehtiyat oyunçular skamyasında qalıb, buna görə də tamaşaçılar oyun boyu […]

Kriminal

Dələduzluq edərək intihar görüntüsü yaradan iş adamından xəbər var

Dələduzluqda təqsirləndirilən iş adamı Cəfər Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Pravda.az xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası fevralın 5-nə təyin edilib. Qeyd edək ki, 1974-cü il təvəllüdlü C.Əliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İttihama görə, […]

Dünya

Zelenski Ukrayna ordusunun baş komandanı Zalujnı barədə fikrini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnını əvəzləmək barədə düşündüyünü təsdiqləyib. O, bu barədə “Rai News”a müsahibəsində danışıb. Dövlət başçısının sözlərinə görə, Ukraynaya yeni başlanğıc lazımdır. “Söhbət təkcə Zalujnıdan deyil, həm də ölkənin bir sıra səlahiyyətlilərinin dəyişdirilməsindən gedir, özü də bu, tək hərbi sahəyə aid deyil”, – deyə Zelenski əlavə […]

Kriminal

Saxlanılan şəxslərdə üç kiloqram narkotik aşkarlanıb – VİDEO

Narkokuryerlik etdikləri üçün saxlanılan şəxslərdə üç kiloqram heroin, marixuana və 400 ədəd tramadol həbi aşkar edilib. Daxili İşlər Nazirliyi xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt ərazisində narkokuryerliklə məşğul olan 21 yaşlı Ağabəy Vəlicanov və əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elxan Həsənov saxlanılıblar. Onlardan ümumilikdə iki kiloqram […]

Dünya

Hindistanın şimalında güclü qar səbəbindən 470-dən çox yol bağlanıb – VİDEO

Son günlərdə yağan güclü qar nəticəsində Hindistanın Himaçal Pradeş ştatında ən azı 475 yol bağlanıb. Təbii fəlakətlərin qarşısının alınması üzrə Baş İdarədən bildiriblər ki, qarın yağması elektrik və su təchizatı şəbəkələrini də sıradan çıxarıb. “Himaçal-Pradeş ştatında beş milli avtomobil yolu da daxil olmaqla 475 yol bağlanıb. Qar yağması səbəbindən 333 elektrik xəttinin və 57 su […]

Cəmiyyət

Neft sənayesindən xanəndəliyə: Əlibaba Məmmədovun doğum günüdür – VİDEO

Bu gün Azərbaycan Respublikasının Xalq artisti, musiqişünas alim, professor, görkəmli mədəniyyət xadimi Əlibaba Məmmədovun doğulduğu gündür. Oxu.Az xatırladır ki, Əlibaba Məmmədov 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. 128 və 187 nömrəli məktəblərdə, 1944-cü ildən Bakıxanov qəsəbəsindəki 1 nömrəli fabrik-zavod məktəbində oxuyub. İki il sonra Neft Texnikumuna keçirilib və 1947-ci ildə təhsilini başa vurduqdan sonra […]

Siyasət

MSK-da MDB Baş katibinin nümayəndə heyəti ilə görüş keçirilib

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezidenti seçkisini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Serqey Lebedevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Secki-2024.az saytı xəbər verir ki, MSK sədri Məzahir Pənahov qonaqları salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib. Seçkilərdə aşkarlığın və şəffaflığın təmin olunmasında […]

Cəmiyyət

MSK-da MDB Baş katibinin nümayəndə heyəti ilə görüş keçirilib

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezidenti seçkisini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Serqey Lebedevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Secki-2024.az saytı xəbər verir ki, MSK sədri Məzahir Pənahov qonaqları salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib. Seçkilərdə aşkarlığın və şəffaflığın təmin olunmasında […]

İdman

“Sumqayıt” – “Neftçi” matçındakı azarkeşlərin sayı açıqlanıb

Azərbaycan Premyer Liqasının XXI turunda keçirilmiş “Sumqayıt” – “Neftçi” matçını 8100 azarkeş tribunadan izləyib. Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, 10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023/2024 mövsümünün yeni rekordudur. Bunadək rekord X turun “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasına (2:2) məxsus idi. Həmin matçı 6000 tamaşaçı izləyib. […]