İdman

“Sumqayıt” – “Neftçi” matçındakı azarkeşlərin sayı açıqlanıb

Sharing is caring!


Azərbaycan Premyer Liqasının XXI turunda keçirilmiş “Sumqayıt” – “Neftçi” matçını 8100 azarkeş tribunadan izləyib.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, 10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023/2024 mövsümünün yeni rekordudur.

Bunadək rekord X turun “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasına (2:2) məxsus idi. Həmin matçı 6000 tamaşaçı izləyib.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar. Bu, arenada yenidənqurmadan sonra ilk qarşılaşma olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir