Cəmiyyət

Xocalı şəhərində quruculuq işləri davam edir – FOTO

Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalı şəhəri də böyük tikinti meydançasını xatırladır. Bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinlərinin bu il doğma şəhərlərinə qayıtmaları üçün geniş bərpa-quruculuq işləri həyata keçirilir. “Bakı Abadlıq Xidməti” MMC-nin memarı Elnur Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda Xocalı şəhərinin ərazisində 283 fərdi evdə əsaslı bərpa-quruculuq işləri görülür. […]

Kriminal

Bakıda veteran idmançı onu döyənlərlə barışıq imzaladı – Bəs şəxslərə oxunan hökm necə olacaq?

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov barışıq ərizəsi yazıb. Belə ki, təqsirləndirilən şəxslər Həsən Əzizovun üzvü olduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna müraciət ediblər. Təşkilat rəhbərliyinin məsələyə müdaxiləsindən sonra tərəflər arasında barışıq əldə […]

Siyasət

Ermənistandan Azərbaycana keçərkən saxlanılan Çex vətəndaşı barədə istintaqı kim aparır?

Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya Respublikasının vətəndaşı ilə bağlı araşdırma davam edir.   Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat araşdırmalarını Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparır. Daha əvvəl yayılan məlumata əsasən, onun saxlanılması barədə Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə məlumat verilib. Xeberal.az

Cəmiyyət

DİM magistratura imtahanında iştirak edəcək bakalavrlara müraciət edib

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Xatırladaq ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) 11 fevral 2024-cü il tarixində keçiriləcək. Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı çap etmək üçün bu linkə daxil olmalıdırlar. Qeyd edək […]

Dünya

İrəvanda güclü partlayış: İnsanlar dağıntılar altında qaldılar

İrəvanın Erebuni rayonunda güclü partlayış baş verib. Qeyd olunur ki, partlayış nəticəsində insanlar dağıntılar altında qalıblar. İlkin məlumatlara görə, hadisə yaşayış binasında qeydə alınıb. Sosial şəbəkə istifadəçiləri isə partlayışın çörək sexində baş verdiyini qeyd ediblər. Mənbə: Sputnik Ermənistan Xeberal.az

Müharibə

Tərtərdə heyvan otaran şəxs minaya düşdü

Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon […]

Cəmiyyət

Sumqayıtda 67 yaşlı kişi spirtli içkidən necə ölüb? – TƏBİB-dən AÇIQLAMA

Sumqayıtda 67 yaşlı kişinin spirtli içkidən zəhərlənərək öldüyü bildirilib. Söhbət Corat qəsəbə sakini, 1957-ci il təvəllüdlü Adil Əliyevdən gedir. Məlumata görə o, ötən axşam komaya düşüb və xəstəxanaya yerləşdirilib. Elə tibb müəssisəsində də ölüb. Məsələni dəqiqləşdirmək üçün TƏBİB-lə əlaqə saxlanılıb. TƏBİB-dən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, 1957-ci il təvəllüdlü (kişi cinsli) şəxs 04.02.2024-cü il […]

Kriminal

Qadını təhqir etdiyi deyilən vəzifəli şəxs barədə qərar verildi

Şərur Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş Düdəngə kənd icra nümayəndəsi Mübariz Quliyevə hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, məhkəmə M.Quliyevə Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə bəraət verib. Bildirilib ki, kənddə yerləşən mədəniyyət evinin metodisti G.Əhmədova icra nümayəndəsinin onu təhqir etdiyini və prinsip apardığını iddia edərək məhkəməyə müraciət edib. Lakin məhkəmə araşdırması […]

Dünya

Zelenski: “Cəbhədə vəziyyət dalana dirənib, silah kifayət etmir”

“Rusiya-Ukrayna cəbhəsində vəziyyət dalana dirənib, Ukraynanın müasir silahlara ehtiyacı var”. Bu açıqlama ilə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib. Ukrayna lideri cəbhədə durğunluq olduğunu etiraf edib. “Müharibəyə gəlincə, durğunluq var, bu faktdır, çünki texnika tədarükündə gecikmələr olub və gecikmələr səhvlər deməkdir… Biz dünyanın ən böyük ordularından birinə qarşı vuruşuruq. Sursat kifayət etmir – bizim müasir texnikaya […]

İqtisadiyyat

Vüqar Bayramov Mərkəzi Bankın gəlirlik səviyyəsinin aşağı düşməsindən danışdı

“Mərkəzi Bankın notlarının faiz dərəcələrində kəskin azalmalar qeydə alınıb. Belə ki, ötən ilin avqustunda 8,29 faizə təklif edilən 28 günlük notlar üzrə son faiz dərəcəsi indi 6,60 faizə enib”. Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb. Bildirilib ki, həmin müddətdə 84 günlük […]