İdman

Azərbaycan basketbol millisinin baş məşqçisi: “İsveçrəyə qələbə qazanmaq üçün gedəcəyik”

“İsveçrəyə uduzmaq üçün yollanmayacağıq. Qələbə qazanmaq üçün gedəcəyik”. Bunu “Report”a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev 2027-ci ildə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində İsveçrəyə qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib. Mütəxəssis fevralın 12-də Türkiyəyə təlim-məşq toplanışına yollanacaqlarını bildirib: “Türkiyədə yoxlama oyunlarında qarşılaşacağımız rəqiblər hələlik bəlli deyil. Danışıqlar davam edir. İsveçrəyə […]

Mədəniyyət

“Haber Global” mükafata layiq görüldü – FOTO

Türkiyənin məşhur televiziyalarından olan “Haber Global” “Ankara Universiteti Mükafatları”na layiq görülüb. Bu barədə Ankara Universiteti xəbər yayıb. Bildirilir ki, təhsil ocağı tərəfindən ilk dəfə təşkil edilən tədbirdə elmin tərəqqisində gördükləri işlərə görə akademiklər təltif olunublar. Həmçinin universitetin rəsədxanasına ilk türkiyəli astronavt Alper Gezeravcının adının verildiyi elan edilib. “Tədbirdə media nümayəndələri də mükafata layiq görülüblər. Onların […]

Siyasət

Vəfat edən deputata görə parlamentin komissiyası yenidən formalaşdırıldı

Milli Məclisin İntizam komissiyası yenidən formalaşdırılıb. “Report” xəbər verir ki, bununla bağlı “Parlamentin İntizam komissiyasının yaradılması haqqında” Milli Məclisin qərar layihəsi bugünkü plenar iclasda müzakirəyə çıxarılıb. Komissiyanın tərkibinə yeni üzv əlavə edilib. Buna səbəb komissiyanın tərkibindəki deputatlardan biri Madər Musayevin vəfat etməsi ilə əlaqədardır. Dəyişikliklə həmin siyahıda deputat Kəmaləddin Qafarov yer alıb. Xatırladaq ki, M.Musayev […]

Cəmiyyət

Ali Məhkəmə şəhid ailəsinin xeyrinə qərar çıxardı

Ali Məhkəmədə şəhid ailəsinə qarşı dələduzluqda və narkotikin qanunsuz dövriyyəsində ittiham olunan İxtiyar Orucov və Balaxan Hüseynlinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İxtiyar Orucov […]

Cəmiyyət

Oxu.Az işıqlandırdı: Səbail sakinlərinin problemi həll edildi – FOTO

“Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında beşmərtəbəli binanın qapalı həyətyanı sahəsi tullantılardan təmizlənib”. Bu barədə Oxu.Az-a Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. “Bizə bu barədə müraciət daxil oldu. Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən həyət tikinti materialları və digər tullantılardan təmizlənib. Ağacların dibi bellənib. Aqrotexniki qulluq göstərilib”. Xatırladaq ki, paytaxtın Səbail rayonunun […]

Siyasət

Milli Məclisin sədri Avropa ölkələrinin parlamentlərinə çağırış edib

“Bu gün Bakı dünya ictimaiyyətindən, o cümlədən Avropa ölkələrinin parlamentlərindən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təşəbbüslərinə dəstək gözləyir”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin yaz sessiyasının fevralın 1-də keçirilən ilk plenar iclasında deyib. O bildirib ki, lakin bir çox ölkələr və beynəlxalq təşkilatlar tamamilə əks mövqedən çıxış edir: “Ermənistanın sürətlə silahlandırılması, […]

Siyasət

Məntəqə sədri: “Füzuli camaatı seçki gününü səbirsizliklə gözləyir” – FOTO

Bütün Füzuli camaatı növbədənkənar prezident seçkisi gününü səbirsizliklə gözləyir. Bunu “Report”un Füzuli şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında 84 saylı Füzuli dairə seçki komissiyasının azad edilən Füzuli şəhərində yeni yaradılan 75 saylı məntəqə seçki komissiyasının sədri Ləman Məstalıyeva deyib. O qeyd edib ki, sədrlik etdiyi məntəqədə növbədənkənar prezident seçkisi günü 1 354 nəfər seçici səs verəcək. […]

Cəmiyyət

Aysel Süleymanova vəzifəsindən ayrıldı

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələr və kommunikasiya idarəsinin rəisi Aysel Süleymanova vəzifəsindən ayrıldı. O, bu barədə öz sosial şəbəkə hesabında məlumat paylaşıb. A.Süleymanova bildirib ki, işdən çıxmağına səbəb başqa iş təklifi almasıdır. Qeyd edək ki, o, 2023-cü ilin sentyabrında bu vəzifəyə təyin edilmişdi. Xeberal.az

Siyasət

Milli Məclisdə Niderland parlamentinin komitəsinin ölkəmiz əleyhinə qətnamə qəbul etməsi qınanıldı

Milli Məclisdə Niderland parlamentinin komitəsinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsi qınanılıb. “Report”un məlumatına görə, Soltan Məmmədov parlamentin yaz sessiyasının fevralın 1-də keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib ki, niderlandlı deputatların Cənubi Qafqazdakı reallıqları təhrif edən mülahizələri Azərbaycana qarşı qeyri-obyektiv münasibətin hələ də davam etdiyini göstərir. Onun sözlərinə görə, ikili standartların Avropanın bir çox digər […]

Cəmiyyət

MSK seçki bülletenlərinin DSK-lara təhvil verilməsini başa çatdırıb

Fevralın 7-də keçiriləcək prezident seçkisi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçki bülletenlərinin dairə seçki komissiyalarına (DSK) paylanması prosesi başa çatıb. Secki-2024.az saytı xəbər verir ki, seçki bülletenləri Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, işğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ölkənin […]