İdman

Azərbaycanın stolüstü tennisçiləri erməni rəqiblərini məğlub ediblər

Azərbaycanın 19 yaşadək stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində erməni rəqiblərini məğlub ediblər. Oxu.Az xəbər verir ki, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Xədicə Əbilzadə qrup mərhələsini inamla adlayaraq, sentyabrın 20-də keçiriləcək 1/8 finala vəsiqə qazanıblar. Qrupda L.Abdulhəmidova Asya Poqosyanı 3:0, Z.Mikayılova Ellada Gevorqyanı 3:1, N.Mahmudova isə Mariam Ambarsumyanı 3:2 […]

Cəmiyyət

Masazırda onmərtəbəli yaşayış binasında yanğın olub, səkkiz nəfər təxliyə edilib

Masazırda onmərtəbəli yaşayış binasında yanğın olub, səkkiz nəfər təxliyə edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsində onmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan iki otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın […]

Siyasət

Ərdoğan Quterreşlə Qarabağda antiterror tədbirlərini müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın suveren hüquqlarının pozulması və Qarabağda antiterror tədbirlərini BMT Baş katibi Antoniu Quterreşlə müzakirə edəcək. Bu barədə “Haber Global”ın Nyu-Yorkdakı müxbiri bildirib. Qeyd olunub ki, Türkiyə Prezidenti BMT Baş Assambleyasının 78-ci iclasından sonra BMT baş katibi ilə bu mövzuda danışacaq. Xeberal.az

Siyasət

İcma: “Almaniyalı nazirin qərəzli açıqlaması davamlı sülhün bərqərar edilməsinə əngəl törədir”

Qərbi Azərbaycan İcması Almaniya Federativ Respublikasının Xarici İşlər naziri Annalena Berbokun qərəzli açıqlamasını qətiyyətlə rədd edir. Bu barədə İcmadan bildirilib. Qeyd olunub ki, Almaniya Xarici İşlər naziri bu gün törədilmiş mina terrorunu pisləməli, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycanın suveren ərazilərindən çıxarılmasına, qanunsuz erməni silahlı dəstələrinin tərk-silah olunmasına, oyuncaq xunta rejiminin ləğv edilməsinə çağırmalı idi. “Bundan […]

Müharibə

Ordumuz mülki şəxslərə zərər verməmək üçün ermənilərin hərbi texnikasının məhv edilməsini təxirə salıb – VİDEO

“Azərbaycan Ordusu mülki şəxslərə zərər verməmək üçün ermənilərin hərbi texnikasının məhv edilməsini təxirə salıb”. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib. Bununla da bir daha sübut olunur ki, Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali […]

Siyasət

Brenda Şaferdən Şarl Mişelə cavab: “Dağlıq Qarabağ yox, Qarabağ” – FOTO

Bu, “Dağlıq Qarabağ vilayəti” deyil – SSRİ otuz ildən çoxdur ki, dağılıb. Bu sözləri enerji məsələləri üzrə tanınmış beynəlxalq ekspert Brenda Şafer özünün sosial şəbəkə səhifəsində yazıb. O, Aİ Şurasını rəhbəri Şarl Mişelin son bəyanatını şərh edib. Şafer sözügedən ərazinin Azərbaycanın Qarabağ bölgəsi olduğunu da qeyd edib. It’s not “Nagorno-Karabakh Oblast”– the USSR collapsed over […]

Siyasət

Zəfər Sırakaya: “Millətimiz azərbaycanlı qardaşlarının yanındadır” – FOTO

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Zəfər Sırakaya sosial media hesabında Azərbaycanın Qarabağ bölgəsində başlatdığı lokal antiterror tədbirləri ilə bağlı paylaşım edib. O, Qarabağ zəfərilə Türkiyə və Azərbaycanın “bir millət, iki dövlət” anlayışının dünyaya bəyan olunduğunu ifadə edib. “Nəcib millətimiz, qədim dövlətimiz və hökumətimiz hər zaman Azərbaycanın və azərbaycanlı qardaşlarının tərəfində olub və […]

Siyasət

Azərbaycanda seçki dairələrinin siyahısı təsdiqləndi

Mərkəzi Seçki Komissiyası bu gün keçirilən iclasında seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirini yenidən təsdiq edib. APA-nın xəbərinə görə, MSK-nın qərarına əsasən, Azərbaycan Respublikasının seçki dairələrinin siyahısı təsdiqlənib. Azərbaycan Respublikasında seçki dairələrinin siyahısı Seçki dairəsinin sıra sayı və adı 1 saylı Şərur-Sədərək 2 saylı Şərur-Kəngərli 3 saylı Babək-Şahbuz-Kəngərli 4 saylı Naxçıvan şəhər 5 […]

Müharibə

Azərbaycan MN Qarabağdakı erməni silahlılarını silahı yerə qoyaraq təslim olmağa çağırıb

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq”. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib. “Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyen onlara yaxın durmamağı ve hər hansı yardım etməməyi […]