Dünya

Rusiyada boğazı cırılmış qadın meyiti tapılıb

Rusiyanın Sankt-Peterburq şəhərində 64 yaşlı qadının boğazı cırılmış, həmçinin yanıq və yapışqan lent izləri olan meyiti tapılıb. KİV-in məlumatına görə, təqaüdçünün meyiti şəhərin şimalında yerləşən gölün sahilində tapılıb. Mərhumun əlində alışqan, cibində isə adı, soyadı və doğum tarixi yazılmış kağız olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırırlar. Hadisə şahidləri iddia edirlər ki, hadisə yerindən […]

Dünya

Türkiyədə uşaqların odla oyunu avtomobilləri külə döndərdi – VİDEO

Türkiyənin Bursa şəhərində iki yeniyetmə yol kənarında olan atılmış kisələrə od vuraraq ərazidən uzaqlaşıblar. Hadisə anbaan ərazidə olan kameralar tərəfindən qeydə alınıb. Nəticədə tüstülənmə alova çevrilib və kisələrin yaxınlığında park olunan avtomobillərə keçib. Alov üç minik avtomobilini tamamilə yararsız hala salıb. İnsident nəticəsində heç kim xəsarət almayıb. Mənbə: İHA Xeberal.az

Dünya

Yaşlıları cavanlaşdıran və sağlamlıqlarını bərpa edən dərman tapılıb

Senolitik dərmanlar yaşlı donorlardan orqan qəbul edən xəstələrdə fiziki və koqnitiv pozğunluğun inkişafın qarşısını alır. Bu barədə Harvard Tibb Məktəbinin və Meyo Klinikasının alimləri müəyyən ediblər. Onlar siçanlar üzərində təcrübədən sonra bu qərara gəliblər. Belə ki, gənc (üç aylıq) və yaşlı (18-21 aylıq) siçanların ürəklərini gənc fərdlərə köçürülüb. Təcrübədən sonra yaşlı ürəkləri qəbul edənlərin limfa […]

Dünya

Rusiyada məhbus azadlığa çıxdığı gün koloniyadan qaçıb

Rusiyanın İrkutsk vilayətindən olan şəxs qətl törətdiyinə görə 22 il cəza çəkib.   O, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyinə bir neçə saat qalmış sənədləşmə işlərinin tamamlanmasını gözləmədən gizlicə koloniyadan qaçıb. 22 il gözləyib bir neçə saat gözləməyə səbri çatmayan məhkuma əlavə olaraq dörd il cəza verilə bilər. Həmin şəxs axtarışdadır. Mənbə: Lenta dnya […]

Dünya

Saxalində kollektora düşmüş iki ayı balası xilas edilib – VİDEO

Rusiyanın Saxalin vilayətində istifadəsiz qalan açıq kollektora düşən iki ayı balası xilas edilib. Məlumata görə, heyvanları xilas etmək asan başa gəlməyib. Çünki kollektorun başında balaların anası dayanıb. O, bir az aralanan kimi xilasedicilər üzərinə qalın balıq toru çəkilən nərdivanı kollektora endiriblər. Ayı balaları sağ-salamat kollektordan çıxarılıblar. Mənbə: Lenta dnya Xeberal.az

MARAQLI

İndoneziyada qədim dövrlərə aid tarixi eksponatlar bir gündə məhv oldu – FOTO

Cakartada baş verən yanğına görə İndoneziya Milli Muzeyinə ciddi ziyan dəyib.  Bildirilir ki, yanğın iki yüz minə yaxın qədim eksponatın, o cümlədən eramızdan əvvəlki dövrlərin eksponatının saxlanıldığı muzeyə bərpaolunmaz itkilər verib. Polisin məlumatına görə, muzeyin ən azı dörd sərgi zalı tamamilə yanıb. Bundan başqa foye də dağılıb, dam örtüyü uçub. Yanğın zamanı xəsarət alan olmayıb, […]

Siyasət

Blinken Laçın və Ağdam yolunun eyni vaxtda istifadəsini irəliyə doğru mühüm addım adlandırıb

Amerika Birləşmiş Ştatları Qarabağa humanitar yüklərin Laçın və Ağdam yolu ilə eyni vaxtda çatdırılmasını alqışlayır və bunu “irəliyə doğru mühüm addım” hesab edir. Bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir. Dövlət departamentinin rəhbəri qeyd edib ki, Birləşmiş Ştatlar davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycanın səylərini dəstəkləyir. Qeyd edək ki, sentyabrın 18-də […]

Cəmiyyət

Fizulidə DİN-in üç əməkdaşı yol qəzasında həyatını itirib

Sentyabrın 19-da saat 01 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.  Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan əməkdaşlarımız xəstəxanaya yerləşdirilib.  Araşdırma aparılır. Xeberal.az