Dünya

Türkiyədə uşaqların odla oyunu avtomobilləri külə döndərdi – VİDEO

Sharing is caring!


Türkiyənin Bursa şəhərində iki yeniyetmə yol kənarında olan atılmış kisələrə od vuraraq ərazidən uzaqlaşıblar.

Hadisə anbaan ərazidə olan kameralar tərəfindən qeydə alınıb.

Nəticədə tüstülənmə alova çevrilib və kisələrin yaxınlığında park olunan avtomobillərə keçib.

Alov üç minik avtomobilini tamamilə yararsız hala salıb. İnsident nəticəsində heç kim xəsarət almayıb.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir