MARAQLI

İndoneziyada qədim dövrlərə aid tarixi eksponatlar bir gündə məhv oldu – FOTO

Sharing is caring!


Cakartada baş verən yanğına görə İndoneziya Milli Muzeyinə ciddi ziyan dəyib. 

Bildirilir ki, yanğın iki yüz minə yaxın qədim eksponatın, o cümlədən eramızdan əvvəlki dövrlərin eksponatının saxlanıldığı muzeyə bərpaolunmaz itkilər verib.

Polisin məlumatına görə, muzeyin ən azı dörd sərgi zalı tamamilə yanıb. Bundan başqa foye də dağılıb, dam örtüyü uçub.

Yanğın zamanı xəsarət alan olmayıb, yanğın söndürülüb. Yanğının hansı səbəbdən baş verməsi istintaqla müəyyənləşəcək.

Məlumdur ki, muzeydə ən azı 190 min tarixi əsər, xüsusən də İndoneziyanın ən qədim tunc buddist abidəsi – Dipankara heykəli saxlanılır.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir