İdman

De Byazi özünü Mançini və Spalletti ilə müqayisə etdi: “Mənim Azərbaycan millisində problemlərim daha çoxdur”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlama verib. Mütəxəssis ölkəmizdə işləməyin çətin olduğunu deyib: “Üç ildir, Azərbaycan millisinin baş məşqçisiyəm. Burada vəziyyət çətindir. Çempionatda cəmi 10 komanda var. Futbol Azərbaycanda ən vacib idman növü deyil. Mənim problemlərim Spalletti və Mançininin İtaliya millisindəki problemlərindən daha çoxdur. Buradakı yerli mentalitet və mədəniyyət […]

Cəmiyyət

Ramazan Şahin Azərbaycan DİN tərəfindən təltif edilib – FOTO

Sentyabrın 8-də UEFA AVRO-2024-ün seçmə mərhələsində Türkiyə-Ermənistan matçında stadiona gələn azarkeşlərin yoxlanışında Azərbaycan Bayrağına göstərdiyi ehtirama görə Türkiyə Daxili İşlər Nazirliyinin Düzcə Əmniyyət Müdirliyinin polis məmuru Ramazan Şahin Azərbaycan DİN tərəfindən təltif edilib. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan-Türkiyə dövlətləri arasında qardaşlıq və dostluğun rəmzi olaraq R.Şahinin “Beynəlxalq əməkdaşlığa […]

Cəmiyyət

Biləsuvarda internat tipli məktəb-liseyin yeni binasının açılışı olub – FOTO

Bu gün Biləsuvar şəhər K.Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin yeni binasının açılış mərasimi keçirilib. “Report”un Muğan bürosunun məlumatına görə, mərasimdə rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, təhsil işçiləri, məktəbin pedaqoji kollektivi və şagirdlər […]

Cəmiyyət

Bakcell parkinq ödənişlərini sürətli etdi

Bakcell şirkəti abunəçilərinə parkinq ödənişlərini sürətli ödəmək imkanı yaradıb. Artıq abunəçilər parkinq xidmətini mobil balansdan ödəyə biləcəklər. Xidmətin aktivləşdirilməsi, deaktiv edilməsi sms vasitəsilə həyata keçiriləcək. Üstəlik, sms pulsuzdur. Qiymətlər müəyyən edilmiş tariflərə uyğun olaraq, minimum 30 qəpikdən  başlayır. Bakcell abunəçiləri avtomobilin qeydiyyat nişanı və parklanma məntəqəsinin nömrəsini 1181 qısa nömrəsinə SMS göndərərək parkinq zamanını başladacaqlar. […]

Cəmiyyət

“Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir

12 sentyabr tarixindən, Zərdab sakinləri rayon mərkəzində yenilənmiş “Nar” mağazasında daha üstün müştəri xidmətləri ala bilərlər. Zardab rayonu, Azərbaycan prospektində yerləşən mağaza nömrələrin satışı, bərpası və dublikasiyası da daxil olmaqla bir sıra xidmətlər, geniş çeşidli mobil telefonlar, cihazlar və aksessuarlar təklif edərək müştərilərinin ehtiyaclarını ödəməyə hazırdır.“Nar” müştəriyönümlülük strategiyasının bir hissəsi kimi bu ilin sonuna qədər […]

Dünya

Güney Azərbaycanda təqaüdçülər etiraz aksiyası keçiribilər – FOTO/VİDEO

Güney Azərbaycanda təqaüdçülər etiraz aksiyası keçiribilər Sentyabrın 11-də Zəncan əyalətində rabitə idarəsində çalışmış bir qrup təqaüdçü hökumətin onların qanuni tələblərini nəzərə almamasına və laqeyd yanaşmasına qarşı etiraz aksiyası təşkil ediblər. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. Aksiya keçirənlər Zəncan Telekommunikasiya Şirkətinin binası qarşısına toplaşaraq hökumətin biganəliyinə “13 illik zülmə son qoyulsun” başlıqlı plakat […]

Cəmiyyət

Həbsdə olan sabiq idarə rəisi: Beş ildə 20 milyon manatı Nəcməddin Sadıkova şəxsən vermişəm

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin həbsdə olan sabiq rəisi, ehtiyatda olan polkovnik Məlikməmməd Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan olunub. Prokuror Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin tərtib etdiyi ittiham aktının nəticə hissəsini elan edib. […]

İqtisadiyyat

Heydər Əliyev Fondu tərəfindən Qəbələnin Nic qəsəbəsində tikilən yeni məktəb istifadəyə verilib – FOTO/VİDEO

Bu gün Heydər Əliyev Fondu tərəfindən bir sıra rayonlarda yeni inşa olunan və əsaslı təmir edilən məktəb binaları istifadəyə verilib. Oxu.Az xəbər verir ki, bu məktəblərdən biri də Qəbələnin Nic qəsəbəsində istifadəyə verilən yeni tədris ocağıdır. Məktəblə bağlı iki il öncə Prezident İlham Əliyev qəsəbəyə gəlişi zamanı tapşırıq vermişdi. Belə ki, Prezident İlham Əliyev və […]

Cəmiyyət

Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçıları AQTİ-də olublar – FOTO

“Avropa və Mərkəzi Asiyada qida standartlarının təkmilləşdirilməsi və kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçıları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, AQTİ-də təşkil edilən görüşdə qonaqlara institutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının […]