Dünya

Azərbaycanda həbs olunan erməni futbolçular qarşı tərəfə təhvil veriliblər

Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmiş 3 nəfər erməniəsilli futbolçu avqustun 28-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb və Azərbaycan dövlətinin humanist dəyərlərə sadiqliyinin nümunəsi olaraq barələrində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilib və İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi ilə (İnternet informasiya ehtiyatında və […]

Cəmiyyət

Azərbaycanda həbs olunan erməni futbolçular qarşı tərəfə təhvil veriliblər

Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmiş 3 nəfər erməniəsilli futbolçu avqustun 28-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb və Azərbaycan dövlətinin humanist dəyərlərə sadiqliyinin nümunəsi olaraq barələrində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilib və İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi ilə (İnternet informasiya ehtiyatında və […]

Cəmiyyət

Nərgiz Məmmədova Harvard Universitetinə aparan yoldan danışdı – VİDEO

“Mənim Harvard Universitetinə gedən yolumu açan ADA Universitetinin professorları olub”. Bu sözləri Elm və Təhsil Nazirliyinin “Təməl” verilişi zamanı Harvard Universitetinin tələbəsi Nərgiz Məmmədova deyib. O bildirib ki, Azərbaycan Mərkəzi Bankında təcrübə keçib. “Mən 2021-ci ilin oktyabr ayından Dövlət Neft Fondunun Büdcə Proqnozlaşdırma və Layihələr departamentində iqtisadçı kimi fəaliyyət göstərirəm. Burada həm departament direktorumuzun, həm də şöbə müdirimizin […]

Siyasət

Elçin Əmirbəyovun DW-yə müsahibəsi: “Regiondakı vəziyyət humanitar deyil, siyasi xarakter daşıyır” – VİDEO

“Hazırda Laçın yolu ətrafında yaranmış vəziyyətin yeganə günahkarı həm Azərbaycan ərazisindəki separatçı rejimə göz yuman Ermənistan, həm də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi humanitar yardımdan məhrum etməklə erməni əhalisini faktiki olaraq girov saxlayan separatçıların özləridirlər”. Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Deutsche Welle”yə (DW) eksklüziv müsahibəsində bildirib. Diplomatın sözlərinə görə, separatçılar […]

İdman

Azərbaycan – Belçika oyununa neçə bilet satılıb?

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Belçika oyununa 4447 bilet satılıb. Bu barədə AFFA-nın mətbuat katibi Elnur Məmmədli məlumat verib. “Dalğa Arena”da baş tutacaq qarşılaşma üçün bilet satışı davam edir. Qiymətlər ikinci kateqoriyaya 5, birinci kateqoriyaya 10, VIP-ə isə 50 manat təşkil edir. Arena ümumilikdə 6500 tamaşaçı tutumuna malikdir. Qeyd edək ki, sentyabrın 9-da keçiriləcək qarşılaşma saat […]

Cəmiyyət

TDT-yə üzv ölkələrin iştirakı ilə “Bakı-2023” beynəlxalq təlimi keçirilib – FOTO

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumlarına məxsus xilasetmə qüvvə və vasitələrinin iştirakı ilə “Bakı-2023” beynəlxalq təlimi keçirilib. Oxu.Az-ın məlumatına görə, təlimi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin […]

Siyasət

İslamofobiya Fransa cəmiyyətini ikiyə bölüb: Makron müsəlmanlardan qisas alır – ŞƏRH + FOTO

Avropada islamofobiya və islamofob meyillər artmaqdadır. Müxtəlif ölkələrdə məscidlərə hücumlarla yanaşı, karikaturalar yayımlanır, müsəlmanların müqəddəs kitabı yandırılır. Demokratiyadan dəm vuran Avropa ölkələri, cəm olduqları təşkilatlar isə prosesi pisləyən hər hansı bir bəyanat və sərt çıxışlar səsləndirmirlər. Əksinə, çirkin və iyrənc kampaniyanı ifadə, söz azadlığı ilə pərdələməyə çalışırlar. Belə hallar təşviq edilməklə yanaşı, bu aktları törədənlər […]

Siyasət

Ukrayna niyə Akopyana meydan verdi? – ŞƏRH + FOTO

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Kiyevdə III Birinci Xanımlar və Cənablar Sammitində iştirak edib. Sammit “Psixi sağlamlıq: Gələcəyin dayanıqlılığı və kövrəkliyi” mövzusuna həsr edilib.  Akopyanın Kiyevə səfəri Ermənistanın regional gərginliyi artırdığı zamanda baş tutub. Çox paradoksaldır, Ermənistan Ukraynaya dəstək verməkdən qaçır.  Ancaq Qərb dairələrindən bununla bağlı Ermənistan hökumətinə sərt xəbərdarlıqlar edilməyib, […]

Dünya

Tehran rejimi: İslam daxilində bölücü qüvvə – ŞƏRH + FOTO

İrandakı rejim islam və məzhəbdən panfarsçı siyasi ambisiyasını həyata keçirmək üçün istifadə edir. Panfarsizm və fars şovinizminin əsasında isə türk və ərəb düşmənçiliyi durur. Deməli, bu rejim İran mərkəzli fars düşüncə sistemi ilə öz hikkəsini yeritmək məqsədilə müsəlman dünyasının birliyinə qarşı çıxır. Din daxilində təfriqə yaradır. Bu həm də İrandakı rejimin islam tarixində baş verən […]

Cəmiyyət

Laçında 32 ildən sonra ilk dəfə “Bilik Günü” qeyd olunacaq

Laçında 32 ildən sonra ilk dəfə “Bilik Günü” qeyd olunacaq. Oxu.Az xəbər verir ki, sentyabrın 15-də Laçın rayon 2 nömrəli tam orta məktəbdə ilk zəng çalınacaq. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, müəllimlər, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak edəcəklər. 510 şagird yerlik Laçın rayon 2 […]