Siyasət

Kəngərlidə şəhidlərin xatirəsinə bulaq-abidə ucaldılıb – FOTO

Kəngərli rayonunun Qabıllı kəndindən Vətən müharibəsinə yollanmış şəhidlərin xatirələrinə ucaldılmış bulaq-abidə istifadəyə verilib. “Report” xəbər verir ki, Vətən müharibəsi şəhidləri Həmid Qasımov, Qurban İbrahimov və İbrahim Əliyevin xatirəsinə ucaldılmış bulaq-abidənin açılış mərasiminə həsr olunmuş tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fərid Bağırzadə, […]

Siyasət

Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma […]

Siyasət

Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi ilə sülh prosesini müzakirə edib – FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib, görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesi, habelə regionda mövcud vəziyyət müzakirə olunub. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. C.Bayramov Ermənistan tərəfinin sülh gündəliyinə xələl gətirən, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş […]

Cəmiyyət

FHN-in təşkilatçılığı ilə “Bakı 2023” Beynəlxalq təlimi keçirilib – FOTO

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumlarına məxsus xilasetmə qüvvə və vasitələrinin iştirakı ilə “Bakı 2023” Beynəlxalq təlimi keçirilib. Nazirlikdən verilən məlumata görə, təlimi fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin […]

Siyasət

İnam Kərimov hakimlərə tapşırıqlar verdi – FOTO

Sentyabrın 6-da Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev məhkəmənin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri ilə onlayn konfrans keçirib. Oxu.Az xəbər verir ki, 4 avqust 2023-cü il tarixdə Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov tərəfindən “Məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi” mövzusunda apellyasiya məhkəmələri, habelə Bakı və Sumqayıt şəhərində yerləşən ixtisaslaşmış məhkəmələr […]

Cəmiyyət

Sumqayıtda məşqçisi tərəfindən öldürülən məktəblinin anası məhkəmənin qapalı keçirilməsini istəyib

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 7 yaşlı uşağın qətlində təqsirləndirilən idmançı Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  Lent.az-ın xəbərinə görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.  Qətlə yetirilənin yaxınları prosesin açıq keçirilməsinə etiraz ediblər. Bildiriblər ki, ötən prosesdə telekanallardan birinin prosesi çəkib yayması uşağın anası barədə mənfi rəy […]

Dünya

Britaniya və ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər

Böyük Britaniya və ABŞ 11 Rusiya vətəndaşına qarşı zərərli kompüter proqramları hazırladıqları və qazanc məqsədilə müxtəlif ölkələrdəki qurumları hədəfə aldıqları ittihamı ilə sanksiya tətbiq ediblər. Bu barədə Böyük Britaniyanın Maliyyə Sanksiyalarının Tətbiqi Ofisi (OFSI) və ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi məlumatda deyilir. Bildirilir ki, bu şəxslər xəstəxanalara və kritik infrastruktura, o cümlədən yerli hakimiyyət orqanlarına, […]

Siyasət

Qərbi Azərbaycan Xronikası: Xaricdə yaşayan ermənilərin təcili köçü başladı – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. “Qərbi Azərbaycana qayıdış planına qarşı məkrli addım” adlı süjetdə Ermənistanda de-fakto fəaliyyətə başlamış Repatriasiya və İnteqrasiya Mərkəzinin bu il iyulun 27-də rəsmi açılış mərasimində baş nazir Nikol Paşinyanın Ermənistana daha çox insan qayıtması ilə bağlı açıqlamalarına yer verilir. Bildirilir ki, mərkəz repatriantlara pulsuz erməni dili kursları, […]

İdman

Atletimiz zədəyə görə dünya çempionatından imtina edib

Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov (67 kiloqram) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatında mübarizəni erkən başa vurub. Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, körpücük üzərinə çıxan idmançı dizindəki zədə səbəbindən (128 kiloqram) yarışdan imtina etmək qərarına gəlib. Qeyd edək ki, mundial Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Sentyabrın 17-dək davam edəcək yarışda 894 atlet […]