Cəmiyyət

Kəlbəcər istiqamətindəki mövqelərimiz atəşə tutulub – Xəbərlərin 09:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Ermənilərin təxribatları daha da intensivləşib. Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu. Azad edilən ərazilərə böyük qayıdış davam edir. Füzuli şəhərinə daha 25 ailə yola salınıb. “Bərk sürəsi olsan, dağıdır maşını, yavaş-yavaş getsən, artıq vaxt gedir”. Ağstafada təmir olunan kənd yolları niyə keçilməz olub? Daha ətraflı BAKU NEWS-un 09:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Zaqatalaya dolu düşüb, elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb – FOTO

Səhər saatlarından Zaqatala şəhərində qeyri-sabit hava şəraiti hökm sürür. APA-nın yerli bürosunun verdiyi məlumata görə, güclü külək elektrik enerjisinin verilişində məhdudiyyətlərə səbəb olub. Bundan başqa yağışla müşayiət olunan dolu Yuxarı Tala və Mazıx kəndlərində kənd təsərrüfatına ziyan vurub, evləri su basıb. Dolu Mazıx kəndində evlərin dam örtüyünə və avtomobillərə ziyan vurub. Xeberal.az

Cəmiyyət

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Naməlum avtomobil Hacıqabul sakini, 2001-ci il təvəllüdlü Röyal Abuzər oğlu Ələkbərovu vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Füzuli sakini: “Buradakı 30 illik qonşularımızı qoyub doğma yurdumuza qayıdırıq”

“Oradan çıxanda 13-14 yaşım var idi. İndiki hisslərimi dilə gətirə bilmirəm”. “Report” xəbər verir ki, bunu doğma yurduna qayıdan Füzuli sakini Anar Hüseynov deyib. “Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Allah Ali Baş Komandanımızın canını sağ etsin ki, bu 30 illik həsrətə son qoydu. Ailəmlə – 7 nəfər gülərək, ağlayaraq, buradakı 30 illik qonşularımızı qoyub […]

Dünya

“Android”in yeni loqosu təqdim olundu – FOTO

“Android” mobil əməliyyat sistemi dörd il ərzində ilk dəfə öz loqotipini yeniləyib. Yeni şəkil və onun təsviri rəsmi “Google” saytında təqdim olunub. Yeni loqo əvvəlki versiyadan “Android” sözünün yazılışı ilə fərqlənir. Əvvəllər bu ad kiçik “a” hərfi ilə başlayırdı, indi isə böyük “A” hərfindən istifadə olunur. Əməliyyat sisteminin maskotu olan robotun imici də dəyişib. O, […]

Cəmiyyət

Bakıda avtomobil qaçıran şəxs maşını telefon mağazasına çırpıb – FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Hüseynbala Əliyev küçəsi, 5 ünvanında baş verib. Belə ki, Guşbər Feyziyeva metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında keçmiş həyat yoldaşı Ceyhunla mübahisə edib. Mübahisə zamanı Ceyhun Guşbərə məxsus “Hyundai” markalı avtomobilə əyləşərək onu qaçırmaq istəyib. Ceyhunun idarəetməsindən çıxan avtomobil yaxınlıqdakı zirzəmidə yerləşən mobil aksesuarlar dükanına […]

Cəmiyyət

Füzuli sakini: “Oğlum və nəvələrimi yola salıram, özüm də oraya köçəcəyəm”

“Oğlumu və nəvələrimi Füzuli şəhərinə yola salıram, özüm də bu yaxınlarda oraya köçəcəyəm”. “Report” xəbər verir ki, bu barədə övladını doğma yurduna yola salan Füzuli rayon sakini İsa Nəsirov deyib. “Sevincli gündür. Oğlumu nəvələrimlə birgə yola salıram. Oğlum bura gələndə birinci sinifdə oxuyurdu, indi isə övladı səkkizinci sinifdə oxuyur. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin”, […]

Dünya

“The Rolling Stones” yeni albom buraxacaq

Əfsanəvi rok qrupu “The Rolling Stones” oktyabrın 20-də yeni studiya albomunu təqdim edəcək. Bu barədə qrupun ifaçısı Mik Caqqer aparıcı Cimmi Fallonun “YouTube”da yayımlanan verilişində bildirib. “Biz bu gün “Angry” adlı yeni sinqlı və onun videoklipini təqdim etmək üçün buradayıq. Bu, “Hackney Diamonds” albomunun ilk sinqlıdır və oktyabrın 20-də satışa çıxarılacaq”, – Caqqer məlumat verib. […]

Siyasət

Füzulinin daha 102 sakini doğma yurda qayıdıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. “Report” xəbər verir ki, sentyabr 7-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə – 102 nəfər köçürülüb. Azərbaycan ordusunun qazandığı zəfər nəticəsində məcburi köçkünlərin […]

Dünya

Çində dövlət işçilərinə “iPhone”dan istifadə qadağan olundu

Çin dövlət qurumları əməkdaşlarının iş məqsədləri üçün “iPhone” və digər xarici brendlərin istehsalı olan qadjetlərdən istifadəsini qadağan edib. Məlumata görə, bəzi dövlət qurumlarının əməkdaşları bu cür göstərişləri rəhbərlərindən iş çatları vasitəsilə və ya şəxsən alıblar. Bildirilir ki, Çin hakimiyyəti bir neçə il öncə hökumət işçilərinin “Apple” məhsullarından istifadəsini məhdudlaşdırsa da, indi qadağalar genişlənib. Belə ki, […]