Cəmiyyət

Füzuli sakini: “Buradakı 30 illik qonşularımızı qoyub doğma yurdumuza qayıdırıq”

Sharing is caring!


“Oradan çıxanda 13-14 yaşım var idi. İndiki hisslərimi dilə gətirə bilmirəm”.

“Report” xəbər verir ki, bunu doğma yurduna qayıdan Füzuli sakini Anar Hüseynov deyib.

“Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Allah Ali Baş Komandanımızın canını sağ etsin ki, bu 30 illik həsrətə son qoydu. Ailəmlə – 7 nəfər gülərək, ağlayaraq, buradakı 30 illik qonşularımızı qoyub öz doğma yurdumuza qayıdırıq. Dünəndən bəri sevinc göz yaşları tökürəm”, – deyə o vurğulayıb.

Xatırladaq ki, sentyabr 7-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən Füzuli şəhərinə yola salınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir