Dünya

“The Rolling Stones” yeni albom buraxacaq

Sharing is caring!


Əfsanəvi rok qrupu “The Rolling Stones” oktyabrın 20-də yeni studiya albomunu təqdim edəcək.

Bu barədə qrupun ifaçısı Mik Caqqer aparıcı Cimmi Fallonun “YouTube”da yayımlanan verilişində bildirib.

“Biz bu gün “Angry” adlı yeni sinqlı və onun videoklipini təqdim etmək üçün buradayıq. Bu, “Hackney Diamonds” albomunun ilk sinqlıdır və oktyabrın 20-də satışa çıxarılacaq”, – Caqqer məlumat verib.

Qeyd edək ki, “Hackney Diamonds” qrupun barabançısı Çarli Uottsun 2021-ci ildəki vəfatından sonra buraxılan ilk albom olacaq. Bu həm də 18 ildən sonra orijinal mahnılara malik birinci albomdur.

Qeyd edək ki, 80 yaşlı Caqqer, 79 yaşlı Riçards və 76 yaşlı Vud hələ də çıxışlarına davam edirlər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir