Dünya

Gürcüstan prezidenti: “Hamı istefa arzumu unutmalıdır”

Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının başlatdığı impiçment proseduru fonunda istefa vermək fikrində olmadığını bəyan edib. “Mən heç yerə getmirəm. Düşünürəm ki, hamı istefa arzumu unutmalıdır. Mən olmalı olduğum yerdəyəm”, – S.Zurabişvili televiziya ilə müraciətində deyib. Xatırladaq ki, sentyabrın 1-də ölkənin hakim partiyası prezidentə qarşı impiçment prosedurunun başlandığını elan edib. […]

Siyasət

Şimali Kiprin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdi

Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezident Ersin Tatar yazılı açıqlama yayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. “Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının bundan sonra da Azərbaycanda keçirilən tədbirlərdə dalğalanacağını bildirməsi məni sevindirdi. ŞKTR Şərqi Aralıq dənizində bir millət, üç dövlət anlayışı ilə varlığını davam […]

Dünya

Rusiyada koronavirus peyvəndinin istehsalı üzrə müəssisənin rəhbəri itkin düşüb

Rusiyada hepatit, zöhrəvi xəstəliklər və koronavirusa qarşı dərmanların hazırlandığı Federal Tibbi və Bioloji Agentliyinin Sankt-Peterburq Elmi-Tədqiqat Peyvəndlər və Serumlar İnstitutunun direktoru Viktor Truxin Moskvada itkin düşüb. Verilən məlumata görə, Viktor Truxini sonuncu dəfə dörd gün əvvəl görüblər. V.Truxinin qızının sözlərinə görə, o, atasını sonuncu dəfə sentyabrın 3-də görüb. Ertəsi gün artıq onunla əlaqə saxlamaq mümkün […]

Cəmiyyət

Xəyanətə inanmayan Seyran Səxavət özünü niyə kişi hesab etmirdi? – VİDEO

Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki buraxılışının qonağı yazıçı, şair Seyran Səxavət olub. O, insanların həyatı çətinləşdirməsindən şikayətlənib: “Həyatın mübarizə olduğunu düşünənlər özlərinə problem yaradırlar. Xoşbəxtlik, mübarizə, xəyanət uydurmadır”. Yazıçı özünün “Xalq yolunda ölməyə dəyməz” fikrinə də aydınlıq gətirib: “Mən demişəm ki, xalqın yolunda ölməyə dəyməz. Çünki xalq həqiqət deyil. […]

Dünya

Afrika İttifaqı G20-yə gələn il qoşulacaq

Afrika İttifaqının (Aİ) İyirmilik Qrupuna (G20) üzvlüyü yalnız 2024-cü ildə, G20-yə sədrlik Hindistandan Braziliyaya keçdikdə yekunlaşacaq. Məlumata görə, G20 iştirakçılarından heç biri bu qərara etiraz etməyib. Aİ-nin “dəvət olunmuş beynəlxalq təşkilat” statusu alacağı bildirilir. Qeyd olunur ki, Avropa İttifaqı da oxşar statusa malikdir və o, hazırda G20-yə üzv olan yeganə regional blok olaraq qalır. Mənbə: […]

Siyasət

Britaniyanın “Economist” jurnalında Azərbaycan səfirinin cavab məktubunu dərc edilib

Son zamanlar ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına və əsassız iddialara cavab olaraq Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun “Economist” jurnalına ünvanladığı məktub dərc edilib. Azərbaycanın Britaniyadakı səfirliyindən verilən məlumata görə, cavab məktubdunda qeyd olunur ki, əslində Laçın yolu ətrafında baş verən proseslər ermənilərin daxili siyasi qarşıdurmasının nəticəsidir. Radikal və separatçı ermənilər Azərbaycanın Qarabağ bölgəsində erməni əhalini girov […]

Cəmiyyət

Un məmulatlarına kimyəvi maddələr əlavə edilir? – VİDEO

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, üzərində pəhriz üçün yazılan çörəklər düzgün bişirilmir. Onların sadəcə adı pəhriz üçündür. Bu çörəklərdən istifadə artıq çəkiyə də səbəb olur. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, pəhriz çörəyi adı altında çoxsaylı çörək növləri satılır: “Bu çörəklərin baha olması onların tam pəhriz çörəyi olması demək deyil. Bəzən görürük […]

Dünya

Almaniyada sığınacaq üçün müraciət edənlərin sayı kəskin artıb

Almaniyada sığınacaq almaq üçün edilən müraciətlərin sayı 2023-cü ilin ilk səkkiz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 77% artaraq 204 461-ə çatıb. Bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin məlumatlarına istinadən məlumat yayılıb. Məlumata görə, avqustda Almaniyada sığınacaq almaq üçün 27 738 müraciət edilib ki, bu da əvvəlki ayla müqayisədə 17% çoxdur. […]

Cəmiyyət

Qərbi Azərbaycan Xronikası: “Ermənilər samovarı onun kürəyinə bağlayıblar” – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində yayımlanan budəfəki verilişdə azərbaycanlı aşığın ermənilər tərəfindən necə öldürülməsindən bəhs edilib. Bildirilib ki, Qərbi Azərbaycanda kütləvi qətliamlar törədən erməni qulduru Andranik Ozanyan Göyçə mahalının Basarkeçər rayonunda olduğu vaxt Aşıq Nəcəfi tuturlar. Türk olduğunu bildikdən sonra Andranik ondan özünü tərifləməsini tələb edir. Aşıq Nəcəf isə bunu rədd edir. O, “sən kimsən […]

Dünya

“Soros”un Ermənistan planı işə düşüb: Anti-Rusiya kampaniyasının gerçək səbəbləri – ŞƏRH + FOTO

Ermənistanda aktiv şəkildə, faktiki olaraq indiyə qədər görünməmiş formada anti-Rusiya kampaniyasına start verilib. Baş nazir Nikol Paşinyanın İtaliya mediasında anti-Rusiya açıqlamaları ilə revanş götürən kampaniya pik həddə çatıb. Hakimiyyət xarici himayədarlarından aldığı əmr və tapşırıqları artıq aktiv şəkildə həyata keçirməyə başlayıb. Təsadüfi deyil ki, Nikol vaxtilə “Yelk” (ermənicə çıxış deməkdir- müəl.) blokunun müəllifi olub və […]