Cəmiyyət

Qərbi Azərbaycan Xronikası: “Ermənilər samovarı onun kürəyinə bağlayıblar” – VİDEO

Sharing is caring!


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində yayımlanan budəfəki verilişdə azərbaycanlı aşığın ermənilər tərəfindən necə öldürülməsindən bəhs edilib.

Bildirilib ki, Qərbi Azərbaycanda kütləvi qətliamlar törədən erməni qulduru Andranik Ozanyan Göyçə mahalının Basarkeçər rayonunda olduğu vaxt Aşıq Nəcəfi tuturlar. Türk olduğunu bildikdən sonra Andranik ondan özünü tərifləməsini tələb edir. Aşıq Nəcəf isə bunu rədd edir. O, “sən kimsən ki, mən səni tərifləyim? Sən baş kəsirsən, adam öldürüsən”, – deyir.

Erməni cəlladları aşığın bu sözlərindən sonra qaynayan samovarı onun kürəyinə bağlayıblar. Aşıq Nəcəf belinə bağlanmış qaynar samovarla yandırılaraq öldürülüb.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir