Siyasət

Kəlbəcərdə Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun iclası keçirilir

Kəlbəcərdə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclası işinə başlayıb. “Report” xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, “Bakı Abadlıq” MMC-nin baş direktoru Bünyad Qasımov, 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları və […]

Siyasət

Avropalı ravvinlər Ermənistanı Holokostdan təbliğat kimi istifadəni dayandırmağa çağırıblar

Avropalı ravvinlər Ermənistan hökumətinin Azərbaycanın Qarabağda yaşayan ermənilərə münasibətini yəhudilərin üzləşdiyi Holokostla müqayisə etməsi ilə bağlı bu ölkənin baş naziri Nikol Paşinyan və prezidenti Vaaqn Xaçaturyana məktub ünvanlayıblar. “Report” xəbər verir ki, məktubu Fransa, Böyük Britaniya və Almaniya daxil olmaqla, Avropa ölkələrindən olan 50 ravvin imzalayıb. Onlar hər hansı siyasi məqsədlərə nail olmaq naminə erməni […]

Cəmiyyət

Sumqayıtda 30 manat borca görə qonşusunu öldürmək istəyən şəxsə AĞIR CƏZA

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elməddin Əsədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qeyd edək ki, hadisə ötən ilin martında Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisindəki […]

Cəmiyyət

Qida məhsullarının çatdırılması zamanı temperatura və vaxta nəzarət necə həyata keçirilməlidir? – FOTO

Qida məhsullarının istehlakçılara çatdırılması zamanı temperatur nəzarətdə saxlanılmalıdır. Bunu xarici ölkələrin təcrübəsi də təsdiq edir. Belə ki, məhsulların xarab olmaması və ya keyfiyyətini itirməməsi üçün temperatur rejiminə əməl olunmalıdır. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Qeyd edilib ki, çatdırılma zamanı tez xarab olan soyuq məhsulların +5 dərəcə və ya daha aşağı temperaturda, istehlaka hazır isti […]

İdman

Naxçıvan Voleybol Federasiyasına yeni sədr seçilib – FOTO

Naxçıvan Voleybol Federasiyasına yeni sədr seçilib “Report”un yerli bürosu verir ki, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının iclası keçirilib. İclasın gündəliyində Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub. Toplantıda federasiya sədrinin seçilməsi məsələsinə baxılıb. Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyevin Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədrliyinə namizədliyi […]

Cəmiyyət

Kəmaləddin Heydərov: “Təbii və texnogen xarakterli fövqəladə hallar getdikcə geniş vüsət alır”

“2023-cü ilin fevral ayında Türkiyədə baş verən zəlzələ bütün türk dünyasını sarsıdıb. Təbii fəlakətlə mübarizədə türk dövlətlərinin dəstəyi ölkələrimiz arasında həmrəyliyin bariz nümunəsidir”. Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasında bildirib. Nazir deyib ki, […]

Cəmiyyət

Ayıq sürücü çağırdı, sərxoş çıxdı – AUDİO

Vətəndaşın çağırdığı ayıq sürücü sərxoş çıxıb. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, vətəndaş içkili sükan arxasına keçmək istəmədiyi üçün ayıq sürücü çağırıb. Gələn ayıq sürücü isə spirtli içki qəbul etdiyindən yolda yol polis tərəfindən saxlanılıb. Sürücüyə protokol tərtib edilib və buraxılıb, vətəndaşın nəqliyyat vasitəsi isə cərimə meydançasına aparılıb. Xeberal.az

Cəmiyyət

Bakıda sosial xidmətlər sahəsində beynəlxalq konfrans keçirilir – FOTO

Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans öz işinə başlayıb. “Report” xəbər verir ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, habelə DOST Agentliyinin yaradılmasının beş […]

Dünya

BMT Hindistanın adının Bharat olaraq dəyişdirilməsi məsələsinə münasibət bildirdi

“BMT, tələb olunarsa, Hindistanın adının Bharata dəyişdirilməsini nəzərdən keçirməyə hazırdır”. Bu barədə təşkilatın nümayəndəsi Fərhan Haq məlumat verib. Onun sözlərinə görə, təşkilata bu barədə sorğular daxil olduqdan sonra baxılır. Haq BMT-nin Türkiyə məsələsində də respublikanın hökuməti tərəfindən göndərilmiş oxşar rəsmi sorğuya cavab verdiyini xatırladıb. Keçən il təşkilat Ankaranın ölkə adının BMT-nin rəsmi sənədlərində “Turkey” kimi […]

Cəmiyyət

Özü və övladı xəstə olan ana fəryad edir: “Dəstəyə ehtiyacımız var” – FOTO

13 yaşlı Əlinail və anası Nəcibə Əliyevanın sizin dəstəyinizə ehtiyacı var. Bu barədə Oxu.Az-a Nəcibə Əliyeva özü məlumat verib. O bildirib ki, övladı 6 ildir şəkərli diabet, 3 ildir nadir xəstəlik sayılan Vilson (qaraciyərin Kupfer hüceyrələrində maddələr mübadiləsinin – mis ionlarının mübadiləsinin pozulması ilə gedən autosomal-resessiv irsi xəstəlikdir) xəstəliyindən əziyyət çəkir. “Mən özüm illərdir şəkər […]