İdman

Naxçıvan Voleybol Federasiyasına yeni sədr seçilib – FOTO

Sharing is caring!


Naxçıvan Voleybol Federasiyasına yeni sədr seçilib

“Report”un yerli bürosu verir ki, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının iclası keçirilib. İclasın gündəliyində Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.

Toplantıda federasiya sədrinin seçilməsi məsələsinə baxılıb. Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyevin Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədrliyinə namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub və Vüqar Əliyev Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədri seçilib.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədli idi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir