Cəmiyyət

Özü və övladı xəstə olan ana fəryad edir: “Dəstəyə ehtiyacımız var” – FOTO

Sharing is caring!


13 yaşlı Əlinail və anası Nəcibə Əliyevanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a Nəcibə Əliyeva özü məlumat verib.

O bildirib ki, övladı 6 ildir şəkərli diabet, 3 ildir nadir xəstəlik sayılan Vilson (qaraciyərin Kupfer hüceyrələrində maddələr mübadiləsinin – mis ionlarının mübadiləsinin pozulması ilə gedən autosomal-resessiv irsi xəstəlikdir) xəstəliyindən əziyyət çəkir.

“Mən özüm illərdir şəkər xəstəliyindən əziyyət çəkirəm. Buna görə bir ayağım amputasiya olunub, gözlərim isə görmür. Kiçik oğlum Əlinail isə 7 yaşından şəkərli diabet, 10 yaşından isə Vilson xəstəliyindən əziyyət çəkir. Mənim vəziyyətimə görə nə işləyə, nə uşaqlarımın ehtiyatlarını qarşılaya bilmirəm. Bizə böyük oğlum Namazəli baxır”.

Nəcibə Əliyeva övladının və özünün müalicəyə ehtiyacı olduğunu bildirib.

“Mən əlilliyimə görə, övladım isə atasız olduğu üçün pensiya alır. Amma inanın o pulla nə dərmanlarımızı, nə qidamızı çatdıra bilirik. Evimiz çox köhnə və şəraitsiz idi. Yardımsevər bir xanım bizə dəstək olub evimizi təmir etdirdi, yoldaşım isə vəfat edib. Bizim aylıq müalicə və dərmanlarımız üçün 1 000-1 200 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını bir ana kimi xahiş edirəm”.

Qeyd edək ki, TƏBİB ailə ilə əlaqə saxlayıb və valideynə Xidmətlər Zərfi çərçivəsində TƏBİB tabeli tibb müəssisələrinə müraciət edib təyin olunan müayinələrdən ödənişsiz əsaslarla yararlana biləcəyi barədə məlumat verilib. Lakin valideyn təkidlə “Olimp hospital”da müayinə olunmaq istədiyini və müalicə həkiminin başqa tibb  müəssisələrinin müayinə nəticələrini qəbul etmədiyini bildirib. Həmçinin valideynə ambulator  müalicə üçün dərman preparatlarının Xidmətlər Zərfində təminata alınmadığı barədə məlumat verilib.

Ailə ilə əlaqə: (050) 388-78-94

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir