Cəmiyyət

Payız fəslinin Azərbaycana daxil olacağı dəqiq vaxt açıqlanıb

Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.​ Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq. ​ Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində payız fəsli başlayacaq. ​ Xeberal.az

Cəmiyyət

Rəsmi İrəvan yeni qarşıdurmaya hazırlaşır? – Xəbərlərin 12:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Separatçılar Kəlbəcərdə mövqelərimizə yaxınlaşmaq istədilər. Ordumuz düşmənin növbəti təxribatının qarşısını aldı. Ermənistanın Amerika Birləşmiş Ştatları ilə keçirəcəyi hərbi təlimlərin pərdəarxası məqamları. Rəsmi İrəvan yeni qarşıdurmaya hazırlaşır?  “Çıxdım çölə ki, ventilyatoru götürüm. Yıxıldım, böyrüm əzildi”. İllərdir qəzalı vəziyyətdə yaşayan sakinlərin aqibəti necə olacaq? Daha ətraflı BAKU NEWS-un 12:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Nazir qadın polkovniki işdən çıxardı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin rəisi vəzifəsindən azad edilib. “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Tibb Mərkəzinin rəisi, tibb xidməti polkovniki Xanım Sofiyeva vəzifəsindən azad edilərək, sərəncama götürülüb. Xeberal.az

Siyasət

TDT baş katibi: “Türk dövlətlərinin birgə əməkdaşlığı vacib addımdır”

“Fövqəladə hadisələr zamanı birlik çox önəmlidir. Türk dövlətlərinin birgə əməkdaşlığı vacib addımdır”. Oxu.Az-ın məlumatına görə, bunu Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev TDT-yə üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasında bildirib. Onun sözlərinə görə, təbii fəlakət və fövqəladə halların idarəedilməsi ilə bağlı ümumi birliklə bağlı işlər görülür: “İndiyə qədər […]

Cəmiyyət

Kəlbəcərə əhalinin köçürüləcəyi vaxt açıqlandı – FOTO

“Kəlbəcər şəhərinə tikiləcək evlərə 2024-cü ildə ilk olaraq 5 268 nəfər, ümumi yaşayış məntəqələrinə isə 12 534 nəfər əhalinin köçürülməsi planlaşdırılır”. “Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma üzrə İşçi Qrupunun iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Tədbirlər Planına əsasən, əhalinin […]

Siyasət

Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev sentyabrın 7-də Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu ünvanlayıb. President.az-ın xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Braziliya Federativ Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Bu il Azərbaycan ilə Braziliya […]

Dünya

Məşhur azərbaycanlı diplomat və jurnalist 100 yaşında vəfat edib

Azərbaycan-sovet diplomatı və jurnalisti Ənvər Məmmədov 100 yaşında Moskva şəhərində vəfat edib. Bu barədə Rusiya mətbuatı onun qohumlarına istinadən məlumat yayıb. Ənvər Məmmədov 1923-cü il avqustun 15-də Bakıda müəllim ailəsində anadan olub. Atası, Məmmədov Nazim Rauf oğlu repressiya olunub və 1949-cu ildə həbsxanada vəfat edib. Ölümündən sonra bəraət alıb. Anası Olqa Alekseyevna İvanova makinaçı-kargüzar işləyib. Ənvər […]

Siyasət

Ali Yerlikaya: “Türkiyə çətin günlərində etdiyiniz yardımları heç vaxt unutmayacaq”

“Türk dövlətləri təşkilatı qardaşlıq hüququna dayanan bir təşkilatdır. Bizim birliyimiz gücümüzdür”. Oxu.Az-ın məlumatına görə, bunu Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasında bildirib. Onun sözlərinə görə, dünya siyasətində birlik önəmli bir gücdür. “Türkiyədə baş verən zəlzələ zamanı çətin günlərimiz […]

Siyasət

Kəlbəcərdə 2026-cı ilədək aparılacaq bərpa-quruculuq işləri açıqlanıb

Bu il Kəlbəcər rayonunda daha yeddi yaşayış məntəqəsinin (İstisu qəsəbəsi, Qamışlı, Çaykənd, Nadirxanlı, Qılınclı, Otaqlı və Çıraq kəndləri), gələn ildə isə dörd kəndin (Çəpli, Keşdək, Dalqılınclı və İmanbinəsi kəndləri) layihələndirilməsi işlərinin aparılması planlaşdırılır. “Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma üzrə İşçi Qrupunun iclasında […]