Dünya

Güneyli milli fəallar etiraz bannerləri asmağa davam edirlər – VİDEO

Güney Azərbaycan Milli Hərəkatının fəalları Kərəc şəhərində İran hökumətinin qərəzli siyasətinə qarşı etiraz banneri quraşdırıblar. Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib. Bannerdə bu sözlər yazılıb: “Məzlum xalqın mədənlərini və təbii sərvətlərini talamaq, İran coğrafiyasını idarə edən müstəmləkəçi siyasəti tərəfindən Urmiya gölü kimi təbii ekosistemin məhv edilməsi səbəbindən iqlim dəyişikliyi və yandırılmış torpaq strategiyasının […]

Cəmiyyət

Arif Babayev vəzifəsindən getdi

Xalq artisti Arif Babayev Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsindən azad olunub. Axşam.az-ın əldə etdiyi məlumata görə, buna səbəb xanəndənin səhhətindəki problemlər olub. O, professor kimi konservatoriyadakı fəaliyyətini davam etdirəcək. Qeyd edək ki, fevralda A.Babayevin 85 yaşı tamam olub. Xeberal.az

Kriminal

Bakıda hipermarketdəki silahlı insidenti törədənlər hakim qarşısına çıxarılır

Bakıda hipermarketdəki silahlı insidentlə bağlı təqsirləndirilənlərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.   Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, istintaq orqanı tərəfindən Azər Məmmədovun, Dəyanət Qüdrətovun, İbrahim İbrahimovun, Səbuhi Qurbanovun, Babək İsgəndərovun və Rövşən İsmayılovun işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.   İş hakim Əli Məmmədovun sədrliyi ilə […]

Siyasət

General: “NATO və ABŞ Rusiyaya qarşı bir cəbhə də Qafqazda açmaq niyyətindədir”

“NATO və ABŞ Rusiyaya qarşı bir cəbhə də Qafqazda açmaq niyyətindədir”. Bunu “Report”a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz deyib. O, NATO-nun Genişlənməsi üzrə Avropa Komitəsi qeyri-hökumət təşkilatının sədri Günter Fehlingerin “X” hesabında Ermənistanı NATO-ya üzvlüyə çağırmasına münasibət bildirərək qeyd edib ki, təşkilat bu açıqlama ilə Rusiya və region ölkələrinin […]

Cəmiyyət

Şəhid ailəsi statusu almış dövlət qulluqçusuna vergi güzəşti edilirmi?

Şəhid ailəsi statusu almış dövlət qulluqçusuna vergi güzəşti məsələsinə aydınlıq gətirilib. Bu barədə “Trend”ə Dövlət Vergi Xidmətindən bildirilib. Qeyd edilib ki, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır. […]

Siyasət

Aleksandr Perenciyev: “Heç kim heç vaxt Ermənistanı NATO-ya qəbul etməyəcək” – Rusiyadan ŞƏRH

“İrəvanın müəyyən mənada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşması nəzərə çarpır. Amma bununla belə, reallıqdan çıxış etmək lazımdır və bu, Ermənistanın bu qurumun üzvü olmaqda davam etməsidir”. Bunu Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev Ermənistanın sistematik şəkildə KTMT-yə məhəl qoymaması, bunun əvəzində NATO-ya daxil […]

Cəmiyyət

Sədr: “İndiyədək “ASAN xidmət” mərkəzlərində 63 milyondan çox müraciət üzrə dövlət xidməti göstərilib”

“İndiyədək “ASAN xidmət” mərkəzlərində 63 milyondan çox müraciət üzrə dövlət xidməti göstərilib”. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, ASAN-da məmnunluq səviyyəsi də 99%-dən […]

Dünya

İranlı zəvvarların çantalarında insan skeletləri aşkarlandı – FOTO

İranlı zəvvarların çantalarında insan skeletləri aşkarlanıb. Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib. Özləri ilə kişi və qadın skeletləri daşıyan iki iranlı zəvvar polis qüvvələri tərəfindən müəyyən edilib. Məlumata görə, skeletlər 28 və 6 il öncə ölən insanlara məxsusdur. Saxlanılan iranlılar skeletlərin valideynlərinə məxsus olduğunu deyiblər. Onların sözlərinə görə, ata və anası İraqda dəfn olunmaları […]

Müharibə

Kəlbəcərdə 60%-ə yaxın ərazi minalardan təmizlənib

Bu il ərzində Kəlbəcər rayonunda yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 1 105,19 ha ərazinin təmizlənməsi nəzərdə tutulub. “Report” xəbər verir ki, bunu Şəhərsalma İşçi Qrupunun iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, cari ilin 8 ayında rayon üzrə […]