Dünya

Erməni hüquq müdafiəçisi: “Müdafiə nazirinin ordu ilə heç bir əlaqəsi yoxdur”

“Hazırda Ermənistan ordusunda tam bir başıpozuqluq hökm sürür”. Ermənistan mətbuatı xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Janna Aleksanyan bildirib. O hələ indiyə qədər bir ay ərzində orduda səkkiz ölüm hadisəsinin baş verdiyini xatırlamadığını deyib. “Bir gündə üç insident olub, üç nəfər qeyri-döyüş şəraitində həlak olub, Müdafiə Nazirliyi isə susur – heç bir açıqlama, başsağlığı, […]

Cəmiyyət

Valideyn himayəsindən məhrum 500 uşağın müəssisəyə yerləşdirilməsi üçün müraciət edilib

1 noyabr 2022-ci il tarixdən bu günədək valideyn himayəsindən məhrum uşaqların müəssisəyə yerləşdirilməsi ilə bağlı 500 uşaq üzrə 367 müraciət daxil olub. Bu barədə APA-ya Sosial Xidmətlər Agentliyindən xəbər verilib. Bildirilib ki, onlardan 222 uşaq ailə himayəsində saxlanılıb. Xeberal.az

İdman

Yunan futbolçu Azərbaycan klubunun tarixinə düşdü

Dmitrios Çantakias “Zirə” klubunda 100 oyuna çıxan ilk legioner futbolçu olub. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 28 yaşlı müdafiəçinin yubileyi “Qəbələ”yə səfərdə 0:1 hesabı ilə uduzduğu V turun matçına təsadüf edib. Qeyd edək ki, yunanıstanlı oyunçu 2020-ci ildən “qartallar”ın formasını geyinir. Xeberal.az

Siyasət

Rüşvətxor Rasmussen və qərəzli BBC – Qərb dəyərlərinin üz qaraları – ŞƏRH + FOTO

Bir zamanlar Azərbaycanın Dövlət Bayrağında qırmızı rəng “avropalaşmaq” kimi təbliğ edilirdi. Vətənsevərliyin ideoloqu Əli bəy Hüseynzadə isə “Avropanın beynini həzm edək, mədəsində həzm olunmayaq” vəsiyyətini etmişdi. Bunu el arasında deyilən “mollanın oxuduğuna əməl edin, etdiyinə yox” misalı da təsdiqləyir. Doğrudan da, Azərbaycan Xalq Cümhuriyyəti dövründə, eləcə də ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Əli bəy Hüseynzadənin […]

Cəmiyyət

FHN-də yüksək vəzifəyə təyinat – FOTO

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub. Manset.az-ın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini-qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib.  Digər əmrlə o, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi təyin edilib. Qeyd edək ki, bir müddət əvvəl Fövqəladə Hallar […]

Cəmiyyət

Cəlilabadda bıçaqlanma olub

Cəlilabadda bıçaqlanma olub. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə nəticəsində rayonun Privolnoye kənd sakini, 1998-ci il təvəllüdlü Natiq Abbasova çoxsaylı bıçaq xəsarəti yetirilib. O, sol bazunun, sol dirsəyin, döş qəfəsinin və bel nahiyəsinin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Daxili İşlər […]

Dünya

Qabonda keçid dövrünün rəhbəri prezident kimi and içdi – VİDEO

General Bris Oliqi Nguema Qabonun keçid dövrünün prezidenti kimi and içib. Mediada bununla bağlı kadrlar yayılıb. Mərasim Qabonun paytaxtı Librevildəki prezident sarayında yüksəkrütbəli hərbçilərin və rəsmilərin iştirakı ilə keçirilib. Xatırladaq ki, avqustun 30-da səhər saatlarında Qabonun yüksəkrütbəli hərbçiləri hakimiyyətə gəldiklərini elan ediblər. Bu, hazırkı prezident Əli Bonqo Ondimbanın qalib gəldiyi seçkilərdən sonra baş verib. Ondimbanın […]

Cəmiyyət

Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibələrə başlanılıb – FOTO

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb. Komitədən verilən xəbərə görə, sentyabrın 8-nə qədər davam edəcək müsahibələrdə qadın dini ayinlərin icraçısı vakansiyası üzrə 113 nəfər namizədin seçimi aparılacaq. Seçimlər DQİDK-nın ilahiyyatçı qadınlardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən Azərbaycan İlahiyyat […]

Müharibə

ANAMA sədri: “İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə davam edir”

“İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə davam edir”. “Report” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycanda istehsal edilən minatəmizləmə maşınının təqdim edilməsi mərasimində deyib. O bildirib ki, iki il ərzində Azərbaycan xaricdən minatəmizləmə maşınları alırdı. “Çox sevindirici haldır ki, bu gün bu maşınlar artıq Azərbaycanda istehsal […]

Cəmiyyət

Bakı Fond Birjasının Müşahidə Şurasına yeni sədr təyin olunub

Fərid Axundov “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri təyin edilib. “Report” xəbər verir ki, bu barədə “Bakı Fond Birjası”nın səhmdarlarının növbədənkənar iclasında qərar verilib. Məlumata görə, F.Axundov BFB-nin Müşahidə Şurasının üzvü və sədri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Fərid Axundov daha öncə Azərbaycanın qabaqcıl maliyyə qurumlarında çalışıb. 1996-cı ildən 2003-cü ilədək HSBC-nin subsidiar bankı […]