Cəmiyyət

Cəlilabadda bıçaqlanma olub

Sharing is caring!


Cəlilabadda bıçaqlanma olub.

APA-nın Cənub bürosunun məlumatına görə, hadisə nəticəsində rayonun Privolnoye kənd sakini, 1998-ci il təvəllüdlü Natiq Abbasova çoxsaylı bıçaq xəsarəti yetirilib. O, sol bazunun, sol dirsəyin, döş qəfəsinin və bel nahiyəsinin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Cəlilabad şəhər sakini Əli Həsənov aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Privolnoye kənd sakini Natiq Abbasova kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Faktı törətməkdə şübhəli bilinən Ə.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı zəruri istintaq hərəkətləri həyata keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir