Cəmiyyət

Bakı Fond Birjasının Müşahidə Şurasına yeni sədr təyin olunub

Sharing is caring!


Fərid Axundov “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri təyin edilib.

“Report” xəbər verir ki, bu barədə “Bakı Fond Birjası”nın səhmdarlarının növbədənkənar iclasında qərar verilib.

Məlumata görə, F.Axundov BFB-nin Müşahidə Şurasının üzvü və sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Fərid Axundov daha öncə Azərbaycanın qabaqcıl maliyyə qurumlarında çalışıb. 1996-cı ildən 2003-cü ilədək HSBC-nin subsidiar bankı olan “British Bank of the Middle East”də bir sıra rəhbər vəzifələrdə çalışıb. “PAŞA Bank”da öz fəaliyyətini 2007-ci ildə İdarə Heyətinin sədri qismində başlayaraq, 2015-ci ildə Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.

F.Axundov 23 may 1971-ci ildə anadan olub. 1992-ci Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. O, Nottingem Trent Universitetinin İdarəetmə Kurslarını bitirib.

1994-cü ildə Fərid Axundov Böyük Britaniya Dövlətinin təltif etdiyi nüfuzlu “Chevening” təqaüdünü qazanan ilk azərbaycanlılardan biri olub və 1995-ci ildə Mançesterdə (Böyük Britaniya) Salford Universitetinin MBA dərəcəsini alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir