Dünya

Mariya Zaxarova: “Rusiya Ermənistanla Türkiyə arasında normallaşma prosesini dəstəkləyir”

Sharing is caring!

“Rusiya Ermənistan və Türkiyə arasında yanvarın 14-də Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada başlanmış münasibətlərin normallaşması prosesini daim dəstəkləyir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki, Rusiya ilkin olaraq İrəvanla Ankara arasında münasibətlərin normallaşdırılması prosesinə cəlb olunub, bundan xəbərdardır və ikitərəfli münasibətlərin nizamlanmasına töhfə verir.

“Biz bundan sonra da Ermənistan-Türkiyə dialoquna hər cür kömək etməyə hazırıq. Güman edirik ki, bu, regionun maraqlarına, sabitliyinə və iqtisadi rifahına uyğundur”, – deyə o qeyd edib.

Mənbə: Sputnik Armeniya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir