Cəmiyyət

Bakıda keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Bakıda keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən İlqar Qəribova hökm oxunub və o, 16 il müddətinə azadlıqdan məhrum edilib. “Report” xəbər verir ki bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü İlqar […]

Cəmiyyət

Bakı sakinlərindən taksi sürücüsünə qeyri-adi cəza – VİDEO

Bakıda sakinlər zibil atmağa mane olan sürücünü qeyri-adi üsulla cəzalandırıblar. Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, taksi sürücüsü maşını zibil qutularının qarşısında saxlayaraq, sakinlərin zibil atmasına mane olub. Sakinlər sürücünü cəzalandırmaq üçün park vəziyyətində olan nəqliyyat vasitəsinin üzərinə zibil torbaları yığıblar. Görüntüləri təqdim edirik:   Xeberal.az

İdman

Azərbaycan idmançısından Almaniyada uğurlu nəticə – FOTO

Azərbaycan yığmasının üzvü Aqata Zəhrabəyova sentyabrın 1-3-də keçirilən atçılıq idmanının dresaj növü üzrə Almaniyanın açıq çempionatında uğurlu çıxış edib. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, o, 25 idmançının iştirakı ilə baş tutan həlledici mərhələdə 3-cü yeri tutub. Qeyd edək ki, Aqata Zəhrabəyova mütəmadi olaraq Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışlarına qatılır […]

Dünya

Paşinyanın İtaliya mətbuatına Rusiya ilə bağlı açıqlamaları Moskvanı qəzəbləndirib

Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı açıqlamaları Moskvada narazılıq  doğurub. Bu barədə diplomatik mənbədən məlumat verilib. Bildirilir ki, İrəvan öz yanlış hesablamalarına və səhvlərinə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq niyyətindədir. “Moskva Ermənistan rəhbərliyinin son ictimai bəyanatlarından, o cümlədən Ermənistanın baş nazirinin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədən və Ermənistan Xarici […]

Cəmiyyət

“Space TV”dən ayrılan Rövşanənin yeni iş yeri bəlli oldu

Aparıcı Rövşanə Ağasəfqızı “Space TV”dən işdən çıxarılıb.  Axsam.az-ın əldə etdiyi məlumata görə, o, MTV-də fəaliyyətini davam etdirəcək. Rövşanə kanal rəhbərliyi ilə görüşüb və təklifi qəbul edib.  Qeyd edək ki, R.Ağasəfqızı daha əvvəl açıqlamasında – “Hazırda məzuniyyətdəyəm. Bu gün “Space TV”nin rəhbəri Vado Korovinin kürəkəni, icraçı direktor mənə zəng vurdu və işimə xitam verildiyini bildirdi. Heç bir səbəb isə […]

Cəmiyyət

Bakının mərkəzi küçəsində intihara cəhdin qarşısı alınıb – YENİLƏNİB + VİDEO

Bu gün günorta saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisində bir nəfər üçmərtəbəli binanın üçüncü mərtəbəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Qısa müddət sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar. Bu barədə FHN-dən məlumat verilib.  Xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparılıb.  Eyni zamanda binanın həyətində xilasetmə […]

İdman

Azərbaycan polo millisi İspaniyaya qalib gəldi – FOTO

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatının ilk qrup oyunları baş tutub. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, heyətində kapitan Elçin Camallı, oyunçular Tərlan Qurbanəliyev, Joakin Kopello və Andres Ernesto Lorentonun yer aldığı Azərbaycan millisi ilk qrup oyununu turnirin favoritlərindən sayılan İspaniya yığmasına qarşı keçirib. Yığmamız 6:5 hesablı qələbə qazanaraq aktivinə 1 xal […]

Müharibə

Azad olunmuş yerlərdə 95 min hektardan çox ərazi minadan təmizlənib – FOTO

“2020-ci ilin noyabrından bu yana işğaldan azad olunmuş rayonlarda 95 min hektardan çox ərazi minalardan təmizlənib”. “Report” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib. “Bu vaxta qədər 30 minə yaxın piyada əleyhinə mina, 17 minə yaxın tank əleyhinə mina və 40 mindən çox partlamamış hərbi sursat aşkar […]

Siyasət

Nazir müavini: “Azərbaycanla ticarət dövriyyəsinin həcmini bir milyard ABŞ dollarına çatdırmaq niyyəti var”

“Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlıq çox dinamik inkişaf edir. Ölkələr qarşılıqlı ticarət dövriyyəsinin həcmini bir milyard ABŞ dollarına çatdırmaq niyyətindədir”. Bunu “Report”a açıqlamasında Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko deyib. “Qazaxıstanla Azərbaycanın qardaşlıq münasibətləri var və həqiqətən də, az sayda ölkə ilə belə intensiv və yaxın əlaqələri qeyd etmək olar”, – nazir müavini deyib. […]