Cəmiyyət

Bakıda keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Sharing is caring!


Bakıda keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən İlqar Qəribova hökm oxunub və o, 16 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı keçmiş həyat yoldaşı 1983-cü il təvəllüdlü Raminə Qəribovaya bıçaqla çoxsaylı xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir