Dünya

​Ukrayna ordusunun niyə ləng hərəkət etdiyi açıqlandı – VİDEO

Ukraynalı müdafiəçilər Zaporojye istiqamətində minalanmış ərazinin görüntülərini yayımlayıblar. Video rusiyalılar tərəfindən ərazinin hansı sıxlıqda minalandığını nümayiş etdirmək məqsədi daşıyır. Belə ki, bir neçə kvadratmetrlik ərazidə Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü hələ ətraflı araşdırma aparmadan gözlə görünən minaları sayıb. Nəticədə 15-dən çox minanın yerləşdirildiyi məlum olub. Bu kadrlar Ukrayna Silahlı Qüvvələrinin Zaporojye istiqamətində niyə belə ləng hərəkət […]

Cəmiyyət

Kəmaləddin Qədim: “Sədərək”də mağazası su altında qalan 200 sahibkara kompensasiya veriləcək” – VİDEO

Bir neçə gün öncə yağan güclü yağışlar səbəbindən “Sədərək” Ticarət Mərkəzini suyun basması ilə bağlı məlumat vermişdik. Hadisə nəticəsində ticarət mərkəzindəki bir çox sahibkarın obyektinə, mallarına ziyan dəyib. Məsələ ilə bağlı bir neçə gündür aidiyyəti üzrə dəymiş ziyanın hesablanması üçün “Sədərək” Ticarət Mərkəzinin (TM) rəhbərliyi və yaradılmış xüsusi komissiya sahibkarlarla görüşüb və siyahıyaalmanı həyat keçirib. […]

Cəmiyyət

Daha bir küçədə səkini parklanma etdilər – FOTO

Bakı şəhərində daha bir binanın qarşısında səki zəbt olunub.  Belə ki, Nəsimi rayonu, Eldar Tağızadə küçəsində fəaliyyətə başlayan klinikanın qarşısındakı piyada yolu parklanmaya çevrilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Bakı şəhərində piyada səkilərinin vəziyyətinə dair aparılan təhlillər zamanı aşkar edilən çatışmazlıqlardan biri də küçə parklanma […]

Siyasət

Azərbaycan-Macarıstan Strateji Dialoqunun birinci iclası keçirilib – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında geniş tərkibdə görüş olub. Bu barədə Azərbaycan XİN-in rəsmi “X” sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, görüşdə ikitərəfli strateji tərəfdaşlıq, regional və beynəlxalq gündəmin qarşılıqlı maraq doğuran məsələləri müzakirə olunub. Azərbaycan-Macarıstan Strateji Dialoqunun birinci iclası keçirilib. FM @Bayramov_Jeyhun & […]

Cəmiyyət

Azərbaycanda son bir həftədə 130 nəfər COVID-19-a yoluxub – FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə (28.08.2023-03.09.2023) 130 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan 2 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 832 312 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 881 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 129 nəfərdir. […]

Siyasət

Azərbaycan və Macarıstanın XİN başçıları birgə bəyanatlarla çıxış ediblər – FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana rəsmi səfəri çərçivəsində Azərbaycan və Macarıstanın XİN rəhbərlərinin birgə mətbuat konfransı olub. Bu barədə Azərbaycan XİN-in rəsmi “X” hesabında paylaşım edilib. Konfransda nazirlər görüşün yekunları və Azərbaycanla Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərinə dair bəyanatlarla çıxış ediblər. Happening now: On the sidelines of official visit of […]

Cəmiyyət

Gecə klublarının aparıcısı Basem Darviş Fəhmi həbs olunub? – VİDEO

Gecə klublarının ərəbəsilli aparıcısı Basem Darviş Fəhminin bir müddət əvvəl həbs olunduğu iddia edilib. Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.  Bildirilib ki, onun həbsinə səbəb qadın alveri ilə məşğul olması, gecə klublarını qanunsuz işlətməsi və ailəsinə qarşı amansız davranmasıdır. Məsələ barədə Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxladıq.  Xidmətin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, III dərəcəli miqrasiya xidməti […]

Siyasət

Ceyhun Bayramov: “Macarıstanla əməkdaşlığımızın daha da dərinləşdirilməsini müzakirə etdik” – FOTO

“Azərbaycanla Macarıstan arasında Strateji Dialoqun ilk iclasını çox məhsuldar keçirdik və çoxşaxəli əməkdaşlığımızın daha da dərinləşdirilməsinə dair hərtərəfli müzakirələr apardıq”. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özünün “X” hesabında paylaşım edib. “Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşməkdən məmnunam”, – deyə XİN başçısı vurğulayıb. Qeyd edək ki, nazirlər Azərbaycanla Macarıstan […]

Dünya

Pakistanda helikopter qəzaya uğradı: Yüksəkrütbəli hərbçilər öldülər

Pakistanın Bəlucistan əyalətində Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Nəticədə helikopterdə olan 3 hərbçi həyatını itirib. Bu barədə Pakistan Hərbi Dəniz Qüvvələrindən açıqlama verilib. Bildirilib ki, təlim uçuşu həyata keçirən hərbi helikopter Qvadar şəhərində qəzaya uğrayıb və buna səbəb texniki nasazlıq olub. Həlak olanlardan ikisi Pakistan Hərbi Dəniz Qüvvələrinin yüksəkrütbəli hərbçisi olub. Hadisə ilə […]

Dünya

Putin Ərdoğan görüşündə heç bir sənəd imzalanmayacaq

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüşün yekunlarına görə hansısa sənədin imzalanması planlaşdırılmır. Bu barədə sentyabrın 4-də Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Putin və Ərdoğan arasında geniş tərkibdə danışıqlar çox konstruktiv keçib. Tərəflər “Taxıl sazişi”, Türkiyə ilə “qaz hab”ının yaradılması, həmçinin, […]