Siyasət

Ceyhun Bayramov: “Macarıstanla əməkdaşlığımızın daha da dərinləşdirilməsini müzakirə etdik” – FOTO

Sharing is caring!


“Azərbaycanla Macarıstan arasında Strateji Dialoqun ilk iclasını çox məhsuldar keçirdik və çoxşaxəli əməkdaşlığımızın daha da dərinləşdirilməsinə dair hərtərəfli müzakirələr apardıq”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özünün “X” hesabında paylaşım edib.

“Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşməkdən məmnunam”, – deyə XİN başçısı vurğulayıb.

Qeyd edək ki, nazirlər Azərbaycanla Macarıstan arasında Strateji Dialoqun ilk iclasının keçirilməsinə dair protokol imzalayıblar.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir