Dünya

Putin Ərdoğan görüşündə heç bir sənəd imzalanmayacaq

Sharing is caring!


Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüşün yekunlarına görə hansısa sənədin imzalanması planlaşdırılmır.

Bu barədə sentyabrın 4-də Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Putin və Ərdoğan arasında geniş tərkibdə danışıqlar çox konstruktiv keçib.

Tərəflər “Taxıl sazişi”, Türkiyə ilə “qaz hab”ının yaradılması, həmçinin, Moskva ilə Ankara arasında iqtisadi münasibətlərin inkişafı haqqında müzakirələr aparıblar.

Xatırladaq ki, bu gün Soçi şəhərində Türkiyə və Rusiyanın dövlət başçıları görüşüblər. Görüş saat yarım davam edib.

Mənbə: “RİA Novosti” Telegram kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir