Siyasət

Qərbi Azərbaycan Xronikası: “Bizim evimizdə ən qorxulu, vahiməli ifadə “köç” sözü idi” – VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun bu dəfəki müsahibi Əməkdar incəsənət xadimi, şair-dramaturq, görkəmli ictimai-siyasi xadim Hidayət Orucov olub. O, doğulub boya-başa çatdığı Zəngəzur mahalının Muğru bölgəsinin Maralzəmi kəndindən, uşaqlıq, yeniyetməlik, gənclik illərindən söhbət açıb. Bildirib ki, Maralzəmidə keçirdiyi günlər, yaşadıqları, duyduqları ən əziz xatirə kimi bu […]

Dünya

Moskva və Ankara qaz qovşağının formalaşdırılması üçün işçi qrupu yaradacaq

Rusiya və Türkiyə qaz qovşağı layihəsinin həyata keçirilməsi üçün işçi qrupu yaradacaq, qovşağın fəaliyyətinin hüquqi bazasını razılaşdıracaq. Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya-Türkiyə danışıqlarının yekunlarına dair mətbuat konfransında deyib. “Qazprom” “Botaş” şirkətinə bu layihənin həyata keçirilməsi üçün yol xəritəsini təhvil verib. Gündəlikdə birgə işçi qrupunun yaradılması, qovşağın fəaliyyəti üçün qanunvericilik bazasının koordinasiyası, tender və alınan […]

Cəmiyyət

Sumqayıtda aliment pulunu oğurlayan ata həbs olundu

Sumqayıtda aliment ödəməyən ata keçmiş arvadı və icra məmurunu unikal şəkildə aldadıb. Lent.az xəbər verir ki, Sumqayıt şəhər məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Muxtarzadə 20 sutka inzibati cəza alıb. İttihama görə, E.Muxtarzadə aliment ödəməkdən boyun qaçırmaq üçün inzibatçını və ailəsini aldadaraq ümumilikdə 13200 manat dəyərində ziyan […]

İdman

II Liqa qalmaqalla başladı: “Sən hakimlik edərsən bir də…” – VİDEO

Futbol üzrə Azərbaycan II Liqasının I turunda qalmaqal yaşanıb. Oxu.Az xəbər verir ki, “Baku Sportinq” – “Şəfa” qarşılaşmasında qonaq komandanın baş məşqçisi Tural Rzayev və oyunun hakimi Nicat İsmayıllı arasında mübahisə yaranıb. Hakimə etiraz edən çalışdırıcı sarı vərəqə ilə cəzalandırılıb. Bundan sonra o, etirazlarına davam edincə hakim ikinci sarı vərəqə – “qırmızı” ilə onu texniki […]

Dünya

“Taxıl sazişi” ilə bağlı Ankaradan mühüm təklif – VİDEO

“Müsbət nəticə əldə edəcəyimizə inanırıq”. Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib. R.T.Ərdoğan qeyd edib ki, Rusiyanın kasıb ölkələrə ərzaq göndərilməsinin zəruriliyi ilə bağlı qərarını düzgün hesab edir: “Biz “Taxıl sazişi”nin bərpası üçün yeni təkliflər paketi hazırlamışıq, müsbət nəticə əldə edəcəyimizə ümid edirik”. Xeberal.az

Dünya

Paşinyan Kremli şantaj edir: Rusiyanın cavabı sərt olacaq – ŞƏRH + FOTO

Dəfələrlə qalmaqallı və ziddiyyətli açıqlamaları ilə gündəm olan Ermənistanın baş naziri Nikol Paşinyan yenə təəccübləndirməkdə və heyrətləndirməkdə davam edir. Qarabağın Azərbaycan torpağı olduğunu bəyan etməsinin ardınca separatçı rejimin qondarma “müstəqillik günü” ilə bağlı məlum müraciətini yayması onun sələflərinin yolu ilə getdiyini, onlardan heç də fərqli düşüncə sahibi olmadığını üzə çıxarmış olub. Paşinyan İtaliyanın “La Repubblica” […]

Cəmiyyət

Bərdədə paytaxt sakininə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bərdədə paytaxt sakininə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu gün Bərdə rayonunda Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Əmrah İlyasovun kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 2004-cü il təvəllüdlü […]

Siyasət

Rusiya MN Qarabağdakı sülhməramlı kontingentin yeni komandanını rəsmən açıqladı

General-mayor Kirill Denisoviç Kulakov Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə (RSK) yeni komandan təyin edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi bülletenində məlumat verilib. Qeyd edək ki, öncəki RSK komandanı general-polkovnik Aleksandr Lentsov olub. Xeberal.az

Dünya

Putin Ərdoğana Mixail Qusmanın onun haqqında çəkdiyi filmi təqdim edib

Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə ona TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın Türkiyə liderinin həyatı və siyasi karyerasından bəhs edən sənədli filmini təqdim edib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Qeyd edək ki, Qusman “Hakimiyyət formulu” silsiləsinə aid olan növbəti filmini iyunda təqdim edib. […]

Cəmiyyət

60 yaşlı Şirvan sakini qətlə yetirildi

Şirvan sakini qətlə yetirilib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini Y. Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.  APA-nın məlumatına görə, Şirvan sakini, 1963-cü il təvəllüdlü Yavər Kamil oğlu Bağırov mübahisə zəminində boğazından bıçaqlanıb. O, yaralı vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, bir […]