Cəmiyyət

Bakıda daha bir küçədə ilan peyda olub – VİDEO

Bakıda daha bir ərazidə ilan peyda olub. Bu barədə Baku.ws-in qaynar xəttinə məlumat daxil olub. Məlumata görə, görüntülər Xətai rayonunda yerləşən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında lentə alınıb. Qeyd edək ki, oxşar görüntülər ötən ilin yay aylarında da baş verib və yaşayış yerlərində ilanlara rast gəlinib. Xeberal.az

Siyasət

Ceyhun Bayramov Macarıstana rəsmi səfərə yola düşüb

Sentyabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksəkvəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur. Nazir Ceyhun Bayramov səfər çərçivəsində Macarıstanın […]

Cəmiyyət

Bakıda birmərtəbəli, Cəlilabadda ikimərtəbəli evlərdə yanğın olub

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 140 kvadratmetr olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 20 kvadratmetr sahədə və dam örtüyünün taxta atmaları 40 kvadratmetr sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Cəlilabad rayonunun Göytəpə şəhərində isə ümumi sahəsi 250 […]

Kriminal

Azərbaycanda banka rəhbərlik etmiş ata və oğul yenidən məhkəmə qarşısında

Lisenziyası ləğv edilən “Royal Bank”ın direktoru Fuad Cam və atası, bankın Müşahidə Şurasının sədri Əli Camın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses sentyabrın 7-nə təyin edilib. Şikayət hakim Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, bir neçə il beynəlxalq […]

Cəmiyyət

Qida məhsullarının daşınması sahəsində fəaliyyət göstərən müəssisələr qida təhlükəsizliyi qeydiyyatından keçib

Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini rəhbər tutaraq və əhalinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində ölkə ərazisində qida zəncirinin bütün mərhələlərində, o cümlədən qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası, daşınması və digər fəaliyyətləri həyata keçirən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam etdirilir. Qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul […]

Kriminal

Cavanşir Məmmədovun keçmiş kürəkəninin yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı Mustafa Kemal İbilinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə […]

İdman

Azərbaycanın iki gimnastından uğurlu nəticə

Azərbaycanın iki idman gimnastı beynəlxalq turnirlərdə uğurlu çıxış edib. Gimnastika Federasiyasından verilən məlumata görə, yığmanın üzvü Nikita Simonov Türkiyənin Mersin şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda qızıl medal qazanıb. 27 yaşlı idmançı halqalarla hərəkətin icrasında bütün rəqiblərini qabaqlayıb. Millinin digər gimnastı İvan Tixonov isə Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “RoamGym Trophy 2023” beynəlxalq turnirində […]

Dünya

Azərbaycanlı cüdoçunun həyatından ilhamlanmış filmin gizlin çəkildiyi məlum olub

İranlı və israilli kinematoqrafçıların birgə rejissorluğu ilə çəkilən “Tatami” filmi gizlin çəkilib. Bu barədə filmin rejissorları Zöhra Əmir İbrahimi və Qay Nattiv Venesiya Film Festivalında “Reuters”ə açıqlayıblar. Agentlik qeyd edib ki, rejissorlar filmi iranlılar üçün yetərincə əlçatan olan Gürcüstanda çəkiblər. Onlar ayrı-ayrı hotellərdə qalır, ingiliscə danışır və siyasi məzmunlu film çəkdiklərini elan etməyiblər. İranlı kinematoqrafçı Gürcüstanda […]

Dünya

İranda mədəndə partlayış olub, altı şaxtaçı ölüb

İranın Semnan vilayətində mədəndə baş verən partlayış nəticəsində altı şaxtaçı ölüb. Məlumatı Semnan vilayətinin qubernatoru Seyid Məhəmməd Rza Haşimi də təsdiq edib. O qeyd edib ki, Əlborz kömür mədənində dağıntılar altında qalan altı fəhlənin meyiti tuneldən çıxarılıb. Məlumatda həmçinin qeyd olunub ki, qəza 700 metrlik dərinliyi olan mədənin 400 metrliyində baş verib. Mənbə: Tasnim Xeberal.az

Kriminal

Dövlət qurumundan oğurluq edən və qanunsuz silah-sursat saxlayanlar tutulublar – FOTO

Hacıqabul Rayon Polis Şöbəsinə “Aztelekom” İstehsalat Birliyinin Hacıqabul Telekommunikasiya Qovşağının Atbulaq kəndi ərazisində yerləşən inzibati binasından bir ədəd elektrik generatorunun oğurlanması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olan məlumatla əlaqədar polis əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq faktını törətməkdə şübhəli bilinən Hacıqabul rayon […]