Dünya

Azərbaycanlı cüdoçunun həyatından ilhamlanmış filmin gizlin çəkildiyi məlum olub

Sharing is caring!


İranlı və israilli kinematoqrafçıların birgə rejissorluğu ilə çəkilən “Tatami” filmi gizlin çəkilib.

Bu barədə filmin rejissorları Zöhra Əmir İbrahimi və Qay Nattiv Venesiya Film Festivalında “Reuters”ə açıqlayıblar.

Agentlik qeyd edib ki, rejissorlar filmi iranlılar üçün yetərincə əlçatan olan Gürcüstanda çəkiblər. Onlar ayrı-ayrı hotellərdə qalır, ingiliscə danışır və siyasi məzmunlu film çəkdiklərini elan etməyiblər.

İranlı kinematoqrafçı Gürcüstanda xeyli sayda iranlının olduğunun fərqində olduğunu, ona görə də fəaliyyətlərini gizli saxladığını bildirib:

“İran hökuməti haqqında öyrəndiyim odur ki, qorxduğunuz müddətdə onlar sizi həbs edə, öldürə bilə, ətrafınızda sıxıntılar yarada bilərlər. Lakin qorxmadıqca hər şey yoluna girəcək”.

“Gizli işləyirdik. Bunun təhlükəli olduğunu bilirdik”, – deyə israilli rejissor Q.Nattiv əlavə edib.

Qeyd edək ki, ötən gün Venesiya Film Festivalında kinolentin nümayişi keçirilib.

Ağ-qara “Tatami” filmi dünya çempionatına qatılan iranlı qadın cüdoçunun dramından bəhs edir. Turnirin ortasında cüdoçu Leyla və onun məşqçisi Məryəm ölkələrindən xəbərdarlıq alırlar. Belə ki, Leylaya dövlətə xəyanət damğası vurulmaması üçün zədə alması görüntüsü yaratmağı və uduzmağı tapşırılır. Öz azadlığı və ailəsinin azadlığı təhlükə altında olan Leyla seçim qarşısında qalır: məşqçisi Məryəmin yalvardığı kimi, İran rejiminə boyun əymək və ya qızıl uğrunda mübarizəyə davam etmək. “Tatami” İran və İsrail rejissorlarının birgə istehsalı olan ilk bədii filmdir.

Film dörd il əvvəl iranlı cüdoçu Səid Mollayiyə 2019-cu ildə Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında israilli cüdoçu Sagi Muki ilə qarşılaşmamaq üçün mübarizədə uduzmaq əmrinin verildiyi real həyat əhvalatından ilhamlanıb. Hökumətinə açıq şəkildə meydan oxuyan Mollayi Avropaya qaçıb və Almaniyada qaçqın statusu alıb. Sonradan o və Muki yaxın dost olublar və nəhayət, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqə turnirində rəqib kimi üz-üzə gəliblər. Mollayi Azərbaycanı təmsil edib. Mollayi ona qalib gəlib, mübarizədən sonra onlar qucaqlaşıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir