Dünya

“Barselona”nın gənc ulduzunun qulağı kəsildi, tikişlərlə oynadı, tarixə düşdü – FOTO

“Barselona”nın gənc futbolçusu Qavi İspaniya La Liqasının IV turunda “Osasuna”ya qarşı səfər matçında xoşagəlməz hadisə ilə üzləşib. Oxu.Az xəbər verir ki, ikinci hissənin əvvəllərində rəqib futbolçu Ruben Qarsiya ilə toqquşan gənc yarımmüdafiəçinin qulağında kəsik əmələ gəlib. Qan içində qalan futbolçuya uzun müddət tibbi yardım göstərilib. Bundan sonra o, meydana qayıdıb və sonadək oynayıb. Matçdan sonra […]

Cəmiyyət

Bu gün doqquzillik bazadan kolleclərə ixtisas seçimi başa çatır

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2023-cü il avqustun 31-də başlanıb və bu gün saat 23:59-da başa çatacaq. Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib. İxtisas seçmək hü­ququ olan abi­tu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesa­bı­na və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet […]

Siyasət

İƏT üzvü: “Məzarların, məscidlərin dağıdılması gördüyümüz əsas insanlıq əleyhinə cinayətlərdən oldu”

“Məzarların, məscidlərin dağıdılması gördüyümüz əsas insanlıq əleyhinə cinayətlərdən oldu”. “Report”un Qərb bürosu xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədr müavini Hacı Ali Açıkgül Gəncədə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, səfərin əsas məqsədi 30 illik işğal dövründə Qarabağda insan hüquqlarının pozulması faktlarının araşdırılması, sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır: […]

Dünya

Ərdoğanla Putin arasında görüş təxirə düşə bilər

Bu gün Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında planlaşdırılan görüş Qara dənizdə fırtına səbəbindən təxirə düşə bilər. Belə ki, bu gün Soçidə güclü yağışlar, çaylarda suyun səviyyəsinin qalxması, həmçinin dənizdə qasırğa proqnozlaşdırılıb, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin 20-25 m/s-dək güclənəcəyi gözləniliir. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar […]

Siyasət

“Qayıdış könüllüləri” proqramına qeydiyyata yenidən start verilir

Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə müvafiq xüsusi nümayəndəliklərinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “Qayıdış könüllüləri” proqramına müraciətlər növbəti dəfə açıq elan edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri […]

Müharibə

İƏT missiyasının üzvü: “Ermənilərin Gəncədə törətdikləri cinayətləri beynəlxalq ictimaiyyətə çatdıracağıq”

“Burada ermənilərin törətdikləri cinayətlərin şahidi olduq”. “Report”un Qərb bürosunun xəbərinə görə, bunu Gəncədə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü Muhammad Sulaiman Laval deyib. O bildirib ki, Gəncəyə səfərin əsas məqsədi burada Ermənistanın törətdiyi müharibə cinayətlərini yerində araşdırmaq, əldə olunan faktlar əsasında hesabat hazırlayıb beynəlxalq ictimaiyyətə çatdırmaqdır: “Burada uşaqların, mülki şəxslərin […]

İdman

Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlandı – SİYAHI

AVRO-2024-ün seçmə mərhələsində Belçika, beynəlxalq yoldaşlıq oyununda isə İordaniya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti müəyyənləşib. AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, baş məşqçi Canni De Byazi düşərgəyə 26 futbolçu dəvət edib. İtaliyalı mütəxəssis Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasında iştirakını nəzərə alaraq, hücumçunun Belçika ilə oyundan sonra millini tərk etmək […]

Cəmiyyət

Ağsuda dağlıq ərazidəki yanğın söndürülüb

Ağsu rayonu, Keçdiməz kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilib. Yanğın zamanı ərazidə əsasən quru ot və kol-kos yanıb. Yanğınsöndürmə işlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, yerli […]

Siyasət

EBRD-nin birinci vitse-prezidenti Azərbaycana səfər edəcək

Bu gündən Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) birinci vitse-prezidenti və Müştəri Xidmətləri Qrupunun rəhbəri Yurgen Rigterinkin Cənubi Qafqaza birhəftəlik səfəri başlayır. EBRD-nin Azərbaycan nümayəndəliyinin məlumatına görə, birinci vitse-prezidentin Azərbaycana səfəri sentyabrın 7-də baş tutacaq. Görüşlər iki gün davam edəcək. Y.Riqterink EBRD-nin Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patronenin müşayiəti ilə Cənubi Qafqazın […]

İdman

Azərbaycanlı hakim Fransa – Portuqaliya oyununu idarə edəcək

19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsində bu gün keçiriləcək Fransa – Portuqaliya oyununun birinci hakimi azərbaycanlı Hikmət Qafarlı olacaq. Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matçda ona Mariya Mislovska (Ukrayna) və Çiara Perona (İtaliya) kömək edəcəklər. Hakim-inspektor isə italiyalı Massimo Çumbo olacaq. Xeberal.az