Dünya

Ərdoğanla Putin arasında görüş təxirə düşə bilər

Sharing is caring!


Bu gün Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında planlaşdırılan görüş Qara dənizdə fırtına səbəbindən təxirə düşə bilər.

Belə ki, bu gün Soçidə güclü yağışlar, çaylarda suyun səviyyəsinin qalxması, həmçinin dənizdə qasırğa proqnozlaşdırılıb, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin 20-25 m/s-dək güclənəcəyi gözləniliir.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə departamenti məlumat yayıb.

Agentliyin məlumatına görə, torpaq sürüşməsi də baş verə bilər.

Xatırladaq ki, bu gün Soçidə Ərdoğan və Putinin arasında görüş planlaşdırılıb. Məlumata görə, iki ölkə liderlərinin əsas müzakirə mövzusu “Taxıl sazişi”nin bərpası olacaq. Bundan əlavə, Rusiyanın təbii qazının Türkiyə vasitəsilə Rusiyadan Avropaya nəqli məsələsinin də nəzərdən keçiriləcəyi gözlənilir.

Mənbə: “Vı sluşali Mayak” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir