Siyasət

Anatoli Nikiforov: “Açıqlamaları Paşinyanın siyasi baletində növbəti aktdır” – Rusiyadan ŞƏRH

“Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarına bir çox aspektdə siyasi deyil, psixoloji nəzər nöqtəsindən baxmaq lazımdır”. Bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin Ekspert Şurasının üzvü, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ekspert analitiki, psixologiya elmləri namizədi Anatoli Nikiforov Paşinyanın danışıqlarla bağlı irəli-geri addımlarını Oxu.Az-a şərh edərkən deyib. Ekspertin sözlərinə görə, hazırda münaqişənin yekun həlli, tam […]

Siyasət

AzQAC gətirdiyi ərzaq yükünün Xankəndidəki erməniəsilli sakinlərə çatdırılmasında israrlıdır

“Müsbət cavab verildiyi halda biz dərhal müsbət reaksiya verəcəyik və gətirdiyimiz ərzaq yükünün erməniəsilli sakinlərə çatdırılmasını təmin edəcəyik”. Bunu “Report”un Ağdama ezam olunmuş əməkdaşına Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti Qafar Əsgərzadə hazırkı vəziyyətlə bağlı məlumat verərkən deyib. O bildirib ki, artıq bir həftədir, AzQAC nümayəndələri və könüllüləri buradadır: “AzQAC rəhbərliyi tərəfindən Azərbaycan ərazisində müvəqqəti […]

Dünya

İranda son bir ayda həbs olunan azərbaycanlı fəalların sayı açıqlandı – FOTO

İranda son bir ayda həbs olunan azərbaycanlı fəalların sayı açıqlanıb. Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.    Bununla bağlı İnsan Haqları Təşkilatının Statistika və Sənədlər Mərkəzi məlumat yayıb. Təşkilatının statistikasına əsasən, bu ilin avqust ayında İran hökuməti tərəfindən 264 nəfər həbs edilib. Həbs edilənlər arasında 20 güney azərbaycanlı fəal və etirazçının da adı var. […]

İqtisadiyyat

Turizmdə inkişaf bərpa olunur, bəs ərəblərin ölkəyə gəlişi niyə azalır?

Pərviz Heydərov yazır… Cari ilin yay mövsümü başa çatıb. Yay, turizm sektorunda ən çox gəlir gətirən mövsüm sayılır. 2020-ci ildə pandemiya bu sektora çox böyük ziyan vurmuşdu. Həmin ilədək ölkəmizdə turizm çox sürətlə inkişaf edirdi. 2019-cu ildə ölkəmizə 3 milyon 170 min 400 nəfər xarici ölkə vətəndaşları gəlmişdi ki, bunların 2 milyon 863 min 500 […]

İdman

“Qarabağ” üçün son gün: Hücum xəttinə transfer edilə bilər

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini qitə futbol qurumuna təqdim etməlidir. Oxu.Az xəbər verir ki, hazırda mövcud olan siyahıda təsnifat mərhələlərindəki heyət göstərilir. Yeni transfer Andrey Lunyovun da adı siyahıya daxil edilib. Ağdam klubu gün sonuna qədər heyəti genişləndirmək istəyir. Əldə etdiyimiz məlumata görə, bu gün “Qarabağ” hücum xəttinə transfer […]

Cəmiyyət

Balakəndə dağlarda əməliyyat keçirilib: Saxlanılanlar var – FOTO/VİDEO

Balakən rayonunda Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib. Keçirilən əməliyyatlar zamanı çətin relyefli dağ-meşə massivində narkotik plantasiyası salan, dövlətlərarası axtarışda olan, oğurluq edən və üzərində qanunsuz odlu silah-sursat gəzdirən ümumilikdə 9 nəfər tutulub.  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ucqar dağlarda yerləri müəyyən edilən […]

Kriminal

Avropaya getmək vədi ilə Azərbaycana gətirilən əcnəbilər saxlanılıblar – VİDEO

Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirləri zamanı Bakı şəhərində müxtəlif ünvanlarda viza müddətindən artıq yaşayan və qanunsuz miqrasiyanın təşkilində iştirak edən 20 əcnəbi saxlanılıb. Xidmətdən verilən xəbərə görə, bu şəxslərdən 18-nin 5-8 min dollar qarşılığında Azərbaycan ərazisindən istifadə etməklə Avropa İttifaqına üzv dövlətlərin ərazisinə daşınılması vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edilməsi müəyyən […]

Dünya

ISW: “Ukrayna hərbçiləri cənubda Rusiyanın ən güclü müdafiə xəttini yardılar”

“Ukrayna hərbçiləri Zaporojye vilayətində əks-hücum əməliyyatları zamanı çox güman ki, rusiyalı hərbçilərin qurduqları ən yaxşı müdafiə xəttini yarıblar, sonrakılar isə o qədər də güclü olmaya bilər”. Bu qənaətə Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri gəliblər və müvafiq məlumat ISW-nun yeni hesabatında dərc olunub. Həmçinin Ukraynanın “Tavriya” əməliyyat-strateji qoşun qruplaşmasının komandiri Aleksandr Tarnavski “The Guardian” qəzetinə müsahibəsində […]

Siyasət

Azərbaycanda yeni etnoqrafiya qoruğu yaradılır

Prezident İlham Əliyev “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. President.az-ın xəbərinə görə, sərəncamda qeyd olunur ki, Quba rayonunun Xınalıq kəndindən Pirsaat su anbarınadək uzanan və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonları ərazisindən keçən 200 kilometrdən artıq köç yolu yüz illər boyu Şirvan və Quba bölgəsinin köçəri […]