Siyasət

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol çempionatına yekun vuruldu – FOTO

15-19 may 2023-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Klubunun stadionunda nazirliyin qurumları arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol çempionatı keçirilib. Oxu.Az xəbər verir ki, çempionatda FHN-in aparatı və qurumlarının ümumilikdə 23 komandasından 250-yə yaxın idmançı iştirak edib. Yarışı FHN-in İdman-sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev və yarışda iştirak edən komandaların […]

Dünya

Litva parlamenti təklif irəli sürdü: Rusiyanın adı dəyişdiriləcək?

“Rusiyanın adının Moskoviya olaraq dəyişdirilməsi imkanları nəzərdən keçirilir”. Bu sözləri Litva Seymində (parlament) Gələcək komitəsinin sədri Raymundas Lopata deyib. O bildirib ki, Litva Böyük Hersoqluğunun tarixi kontekstini nəzərə alaraq komitə Litvaya və Qərb dövlətlərinə Rusiyanın tarixi roluna dair avropalıların beynində möhkəmlənmiş narrativlərdən daha məqbul və dəqiq qiymətləndirmə təklif etmək niyyətindədir.   “Gəlin aydınlaşdıraq ki, ölkəni […]

Şou-Biznes

Hamilə Rihannadan açıq-saçıq FOTOLAR

Hazırda ikinci övladını gözləyən sənətçi ilk hamiləliyinin fotolarını paylaşıb. Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, dünyaca məşhur amerikalı müğənni Rihanna ilk hamiləliyindəki açıq-saçıq fotolarını izləyiciləri ilə bölüşüb. O, şəkilləri “Instagram” səhifəsində yayımlayıb. Fotoda uşaq gözləyən müğənni xurma ağaclarının və okeanın fonunda böyük qarnını göstərir. Bikini və stiletto geyinən Rihanna, əlləri ilə sinəsini örtür. Müğəni […]

Dünya

Ərdoğan yenidən seçiləcəyi təqdirdə üçüncü müddətə namizədliyini irəli sürməyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü CNN telekanalına müsahibəsində yenidən seçiləcəyi təqdirdə üçüncü müddətə prezidentliyə namizəd olmayacağını bildirib. “Mövcud reqlamentə görə, prezident yalnız iki dəfə seçilə bilər. Mənim birinci səlahiyyət müddətim başa çatıb, hazırda ikinci müddətə seçkilər gedir. İkinci müddətə yenidən seçilməklə bu proses uğurla başa çatacaq”, – deyə Ərdoğan 2033-cü ilə qədər ölkəyə rəhbərlik […]

İqtisadiyyat

Maliyyə Nazirliyi Beynəlxalq Valyuta Fondunun Bakı ofisinin bağlanmasına münasibət bildirib

Azərbaycan Maliyyə Nazirliyi Beynəlxalq Valyuta Fondunun (IMF) cari ilin iyun ayının sonundan etibarən Azərbaycandakı ofisinin bağlanması ilə bağlı qərarını təbii qarşılayır. Bu barədə Maliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Vətəndaş Müraciətləri ilə İş Şöbəsinin müdiri Mayis Piriyev məlumat yayıb. “Belə ki, 1992-ci ildən IMF-ə üzv qəbul edilən Azərbaycan 1993-2001-ci illərdə fondla sıx əməkdaşlıq edib, bir sıra proqramların […]

Siyasət

Xarici xüsusi xidmət orqanlarına işləyən vətəndaşların həbsi bizi ehtiyatlı olmağa vadar edir – RƏY + FOTO

“Son dövrlərdə xarici xüsusi xidmət orqanlarına işləyən vətəndaşların müəyyən edilməsi və həbsi bizi daha da ehtiyatlı olmağa vadar edir”. Bunu “Report”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. “Mən bizi deyəndə, ümumilikdə sadə vətəndaşları nəzərdə tuturam. Düzdür, Azərbaycanın xüsusi xidmət orqanları xarici güclərin toruna düşən casusları kifayət qədər peşəkarlıqla tez bir zamanda ifşa edir və zərərsizləşdirir. Bununla […]

İqtisadiyyat

Zərərçəkən dəymiş zərərin sığorta ödənişindən artıq hissəsini zərərvurandan tələb edə bilər – QƏRAR

Zərərçəkən dəymiş zərərin sığorta ödənişindən artıq hissəsini zərərvurandan tələb edə bilər. “Report” xəbər verir ki, bu, Bakı Apellyasiya Məhkəməsinin icbari sığorta ilə bağlı müraciəti əsasında Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarda öz əksini tapıb. Qərarda deyilir ki, “İcbari sığortalar haqqında” qanunun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı […]

Kriminal

Bakıda 30 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxs hərbi ekspert imiş – YENİLƏNİB + FOTO/VİDEO

Bakıda 30 il əvvəl qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin barəsindəki cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Baş Prokurorluğun Mətbuat Xidmətinin bu gün yaydığı məlumatda bildirilib ki, 26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzildə öldürülməsində zərərçəkmişin iş yoldaşı olmuş Nazim Bayramova qarşı cinayət işi başlanılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə Nazim Bayramov tanınmış hərbi ekspertdir. O, Birinci […]

Siyasət

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi FHN Akademiyasında olub – FOTO

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi xanım Njupuo Yap Mariatu Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına baş çəkib, ali təhsil müəssisəsinin fəaliyyəti ilə tanış olub. Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb. Qonaqlara ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilərək bildirilib ki, Akademiya xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, […]