Dünya

Konstitusiya məhkəməsi vacib qərar verdi – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. “Azərbaycan və Ermənistan yekun razılaşmaya yaxındır”. Sergey Lavrov üçtərəfli görüşün detallarını açıqladı. Maaşı gecikənlərə şad xəbər. Konstitusiya məhkəməsi vacib qərar verdi. Tanınmış hərbi ekspert iş yoldaşını öldürüb? 30 il öncə törədilən qətlin təfərrüatı məlum oldu. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Oğuzda elektrik cərəyanı ustanın ölümünə səbəb oldu – FOTO

Oğuzda elektrik cərəyanı ustanı vuraraq öldürüb. “Report”un məlumatına görə, rayonun Bayan kənd sakini, 1987-ci il təvəllüdlü Şərif Məhəmməd oğlu Babayev Oğuz şəhərinin Gənclik yaşayış massivində usta kimi çalışdığı evdə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Siyasət

AYİB rəsmisi: “Azərbaycanın investisiya paneli iştirakçıları ən çox cəlb edən tədbirlərdən biri oldu” – FOTO

“AYİB-in Rəhbərlər Şurasının 32-ci İllik Toplantısı çərçivəsində keçirilən Azərbaycanın investisiya paneli iştirakçıları ən çox cəlb edən tədbirlərdən biri oldu”. Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan nümayəndəliyinin rəhbəri Kamola Mahmudova bildirib. O, sosial şəbəkə səhifəsində bildirib ki, Mikayıl Cabbarovun komandası panel zamanı əsas islahatlar, çağırışlar və unikal imkanlar, bərpa olunan enerji ilə bağlı yeni planlar […]

Cəmiyyət

Lənkəranda avtomobillər toqquşdu: Ölən və yaralanan var – FOTO

Lənkəranın Sütəmurdov kəndində avtomobillər toqquşub, ölən və yaralanan var. “Report”un məlumatına görə, hadisə zamanı VAZ-2106 və “Hyundai” markalı avtomobillər toqquşub. Qəzadan sonra VAZ-2106 işıq dirəyinə və ağaca çırpılıb. Hadisə nəticəsində VAZ-2106-nın sürücüsü hadisə yerində ölüb, avtomobildə olan qadın sərnişin ağır xəsarətlər alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qeyd edək ki, “Hyundai” markalı avtomobilin sürücüsü hadisə yerindən yayınıb. […]

Dünya

“Türk Ulduzları” və “SoloTürk”dən möhtəşəm aviaşou – VİDEO

Samsunda 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı tədbirləri çərçivəsində “Türk Ulduzları” və “SoloTürk” aviaqrupları hava şousu ilə çıxış ediblər. Türkiyə Hərbi Hava Qüvvələrinin məharətini şəhərin müxtəlif yerlərindən on minlərlə insan izləyib. İzləyicilər arasında bayram tədbirlərinə qatılan yüksək rütbəli hərbçilər və məmurlar da olub. Mənbə: Haber Global Xeberal.az

Şou-Biznes

Conni Depp və Ember Herdin ailə qalmaqallarından film çəkiləcək

Hollivudun sabiq cütlüyü, əvvəllər ər-arvad, indi isə düşmən olan Conni Depplə Enber Hardın məhkəmə davaları haqqında sənədli film çəkiləcək. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, film bu bazar günü ABŞ-ın “Channel 4” TV kanalı ilə yayımlanacaq. Film 3 seriyadan ibarət olacaq. Filmin rejissoru Emma Kuperdir. Conni Depp  keçmiş arvadından boşanarkən yalançı ittihamlara məruz qalmışdı. Ember ərinin […]

Cəmiyyət

Bakıda 13 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 13 yaşlı Turqut Səfərov münaqişə zəminində 36 yaşlı Nurin Abbasovu bıçaqlayıb. Qarnından bıçaq xəsarəti alan N.Abbasov xəstəxanaya yerləşdirilib. Hadisəni törədən T.Səfərov saxlanılıb. Faktla bağlı araşdırılma aparılır. Xeberal.az

Siyasət

Overçuk: “Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun görüşünün yeri və vaxtı razılaşdırılır”

Rusiya Federasiyası, Azərbaycan və Ermənistan üçtərəfli işçi qrupunun növbəti görüşünün vaxtı və yeri üç ölkənin baş nazir müavinlərinin məsləhətləşmələrindən sonra müəyyənləşəcək. Bu barədə cümə günü Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib. “Bu gün Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası baş nazirlərinin müavinləri arasında üçtərəfli işçi qrup çərçivəsində Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası […]

Mədəniyyət

Azərbaycanlı sənətçidən Türkiyə ilə qardaşlığın bəstəsi – VİDEO

Azərbaycanın əməkdar artisti, pianoçu, dirijor və bəstəkar Turan Manafzadə ölkəmizin Türkiyə ilə qardaşlığı, ortaq mübarizə yolundan bəhs edən əsərlərin müəllifi kimi tanınır. O, Ankarada verəcəyi konsertdə sənətsevərlər üçün yaradıcılığından bir sıra nümunələri səsləndirəcək. Azərbaycanı dünya səhnəsində təmsil edən ən gənc qadın dirijor olan Manafzadə türkiyəli tamaşaçılara “Türkiyə 100” adlı əsərini təqdim edəcək. Həmçinin, konsert zamanı […]

Dünya

Ərdoğan: “Suriyanın şimalından qoşunlarımızı çıxarmaq niyyətimiz yoxdur”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyanın şimalından ordusunu çıxarmaq fikrində olmadığını bildirib. “Xeyr, bu nəzərdə tutulmayıb, çünki terror təhlükəsi hələ də mövcuddur”, – deyə Türkiyə lideri cümə günü CNN-ə müsahibəsində bəyan edib. Dövlət başçısı Suriyanın şimalında terrorla mübarizə aparılacağı təqdirdə Suriya lideri Bəşər Əsədlə barışıq üçün heç bir maneə görmədiyini də qeyd edib. Xeberal.az